Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-184/2023 24.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu xx xxxxxx 1956-cı ildə Şamaxı rayonunda anadan olmuş, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə İXP ******* saylı protokola baxıb MÜƏYYƏN ETDİM: Qobustan rayon məhkəməsinə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə 29 may 2023-cü il tarixli İXP ******* saylı protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, protokol və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 01 mart 2023-cü il tarixli 3(026)-86/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsi ilə 60 manat cərimə olunması haqqında Bakı şəhər X1 İdarəsinin Yolpatrul xidmətinin 17 yanvar 2023-cü il tarixli TP ******* saylı qərarı Şəxs inzibati xəta törədilməsinə aidiyyatı olmadığına görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan 29 may 2023-cü il tarixli İXP ******* saylı protokol Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: İnzibati xəta haqqında 29 may 2023-cü il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə qaytarılsın. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-184/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-184/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver