Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-186/2024 12.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Xilmilli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 12 iyun 2024-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-936/2024 saylı 13 fevral 2024-cü il tarixli icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)-936/2024 saylı 13 fevral 2024-cü il tarixli icra sənədlərinə əsasən 27 avqust 2010-cu il təvəllüdlü X1, 04 avqust 2013-cü il təvəllüdlü X2 və 11 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 dekabr 2023-cü il tarixdən başalayaraq Şəxs hər ay hər uşağa 135 manat sabit pul məbləğində aliment alınıb X5 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 1890 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Bundan sonra onun barəsində axtarış elan edilmişdir. Borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)-936/2024 saylı 13 fevral 2024-cü il tarixli icra sənədlərinə əsasən 27 avqust 2010-cu il təvəllüdlü X1, 04 avqust 2013-cü il təvəllüdlü X2 və 11 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 dekabr 2023-cü il tarixdən başalayaraq ondan hər ay hər uşağa 135 manat sabit pul məbləğində aliment alınıb X5 verilməsinə dair icra vərəqəsi üzrə aliment məbləğini maddi imkanı olmadığı üçün ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, uzun müddət aliment borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)-936/2024 saylı 13 fevral 2024-cü il tarixli icra sənədlərinndən görünür ki, 27 avqust 2010-cu il təvəllüdlü X1, 04 avqust 2013-cü il təvəllüdlü X2 və 11 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 15 dekabr 2023-cü il tarixdən başalayaraq hər ay hər uşağa 135 manat sabit pul məbləğində aliment alınıb X5 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 05 iyun 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, xx xxxx 1984-cü il təvəllüdlü Qobustan rayonunun Xilmilli kənd sakini Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə X7 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-186/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-186/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver