Məhkəmə qərarları › İş №3(026)-186/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-186/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-186/2025 25.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxx 1970-ci il təvəllüdlü, Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Yekəxana kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 25 iyun 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin AT-3 nömrəli 09 aprel 2004-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2 uşağın saxlanılması üçün gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub X3 xeyrinə ödənilməlidir. Lakin Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra sənədinin icrasını qəsdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 09 aprel 2004-cü il tarixli, AT-3 saylı Məhkəmə Əmrinə əsasən Qobustan Rayonunun Sədəf kəndində yaşayan Şəxs aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub 27 oktyabr 1992-ci il tarixdə anadan olmuş X2 və X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 verilməlidir. Həmin icra sənədi 02 sentyabr 2013-cü ildə Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, elə həmin tarixdə də icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Elçun Hacatova inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubları göndərilmiş, onun bir neçə dəfə yazılı izahatı alınmışdır. Şəxs iki dəfə inzibati qaydada həbs edilmiş, lakin onun tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən icra sənədi yenə də icra edilməmiş, hal-hazırda onun icra sənədi üzrə 11200 manat məbləğində aliment borcu yığılmışdır. Qobustan Rayon Məhkəməsinin 09 aprel 2004-cü il tarixli, AT-3 saylı icra sənədi üzrə aliment borcunu ödəməməklə və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan Rayon Məhkəməsinin 09 aprel 2004-cü il tarixli, AT-3 saylı Məhkəmə Əmrinə əsasən aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub 27 oktyabr 1992-ci il tarixdə anadan olmuş X2 və X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 verilməsi bildirilmişdir. Həqiqətən də həmin icra sənədi üzrə onun tələbkara 11200 manat borcu yığılmış, lakin hal-hazırda rəsmi nikahı olmasa da, qeyri rəsmi nikahdan 2007-ci il təvəllüdlü Almaz və 2010-cu il təvəllüdlü Emin adlı iki uşağı var və maddi imkanı olmadığına görə borcu ödəyə bilmir. Rəsmi qaydada heç bir yerdə işləməsə də faktiki yaşadığı Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən dükanların birində gözətçi işləyir və ayda 450 manat məvacib alır ki, həmin məbləğ özünün və yeni ailəsinin dolanışığına belə kifayət etmir. Bildirdi ki, barəsində inzibati cərimənin tətbiq ediləcəyi halda həmin cəriməni ödəməyə də imkanı olmayacaqdır. Ona görə də barəsində inzibati həbsin tətbiq edilməsinə etiraz etmir. X1 izahatında bildirdi ki, icra vərəqəsi üzrə hazırda mövcud olan 11200 manat borcu bir dəfəlik ödəmədiyi təqdirdə Şəxs həbs olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs maddi vəziyyəti nəzərə alınmaqla, onun barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 09 aprel 2004-cü il tarixli, AT-3 saylı icra vərəqəsindən görünür ki, Şəxs aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub 27 oktyabr 1992-ci il tarixdə anadan olmuş X2 və X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 verilməli, aliment 08 aprel 2004cü il tarixdən tutulmaqla dərhal icra edilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 02 sentyabr 2013-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin AT-3 saylı, 09 aprel 2004-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatı alınmış, Şəxs barəsində bir-neçə dəfə axtarış elan olunmuşdur. Qobustan Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 3(026)-160/2022 saylı qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilmişdir. Qobustan Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 3(026)-219/2023 saylı qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində inzibati həbs edilmiş, həbsetmənin əvvəli 02 avqust 2023-cü il tarixdən hesab edilmişdir. Həmçinin elektron sorğu sistemindən çıxarışdan məlum olur ki, X7 xx.xx.2007-ci il təvəllüdlü Almaz və xx.xx.2010-cu il təvəllüdlü Emin adlı daha iki övladı var. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 09 aprel 2004-cü il tarixli, AT-3 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Artıq uzun müddətdir ki, həmin icra sənədi üzrə aliment ödənişlərinin edilməməsi faktını Şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini və himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar