Məhkəmə qərarları › İş №3(026)-188/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-188/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-188/2025 14.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, xx xxx 1968-ci ildə Şirvan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Təklə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon Polis Şöbəsindən Şəxs barəsində inzibati material daxil olmuşdur. İşdə olan inzibati xəta haqqında İXP7230940 və İXP7230947 nömrəli protokollarda Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarda nəzərdə tutulan cəriməni üç ay keçməsinə baxmayaraq ödəmədiyi göstərilmişdir. İXP7230940 nömrəli inzibati xəta haqqında protokol EQ26275597 saylı, İXP7230947 nömrəli inzibati xəta haqqında protokol isə EQ26276545 saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində ödənilməməsinə görə tərtib olunmuşdur. Lakin “AsanPay” elektron ödəniş sistemi vasitəsilə yoxlanılarkən müəyyən edilmişdir ki, hazırda protokolların tərtib edilməsi üçün əsas olmuş EQ26275597 və EQ26276545 saylı inzibati xəta haqqında protokollar mövcud deyil. Hazırda sözügedən protokolların mövcud olmaması onu deməyə əsas verir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün əsas olan inzibati xəta hadisəsi də mövcud deyil. İXM-in 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. İXM-in 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-in 53, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar