Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-189/2020 23.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci madəsində nəzədə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə material daxil olmuşdur. Şəxs inzibati xəta haqqında MN ******* saylı protokolda xx.xx.2020-ci il tarixdə Nabur kəndində X2 400 manat dəyərində olan mobil telefonu gizli yolla talaması göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək izahatında göstərdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla orada yaşayır. xx.xx.2020-ci il tarixdə təxminən günorta saat 4 radələrində yaşadığı Qobustan rayon Nabur kəndində mağazaya gedərkən yerdə qara rəngdə qabın olduğu görmuşdür. Həmin qabı yerdən götürdükdə həmin qabın işlək vəziyyətdə olan “REDMİ NOTE 7” markalı mobil telefon olduğunu görmüşdür. O, mobil telefonu götürdükdən sonra heç kimə bu barədə xəbər verməmiş və yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixdə yenidən Nabur kəndində mağazaya gedərkən kənd mərkəzində Elman adlı həmkəndlisinin qardaşının telefonunu itdiyini və həmin telefonu tapıb gətirib təhvil verməyən şəxsə qarşı söyüş söydüyünü eşitmişdir. Bundan sonra yerdən tapdığı həmin mobil telefonun sahibinin Xəyal olduğunu bilmiş, ancaq onun qardaşının telefonu tapan şəxs barəsində nalayiq söyüş söydüyünə görə mobil telefonu geri qaytarmaq istəməmişdir. xx.xx.2020-ci il tarixdə yaşadığı Qobustan rayon Nabur kəndindən Bakı şəhərinə işləmək üçün getdikdə Bakı şəhərinin girişində qurulmuş karantin postunda onu saxlamış və Qobustan RPŞ-nə dəvət etmişlər. O, Xəyal Məmmədova məxsus olan mobil telefonu oğurlamamış və həmin telefonu Qobustan rayon Nabur kəndi ərazisində Xəyal Məmmədovun evinin yaxınlığında tapmışdır. Əslində həmin mobil telefonu tapdıqdan sonra sahibini axtarib ona geri qaytarmaq barəsində düşündüyünü ancaq xx.xx.2020-ci il tarixdə Xəyal Məmmədovun qardaşı Elmanın kənd mərkəzində itirmiş olduqları mobil telefonu tapan şəxsə qarşı ağır söyülər söyməsindən sonra həmin mobil telefonu sındırmaq qərarına gəldiyini göstərmişdir. İş materillarına əlavə edilmiş Qobustan rayon polis şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərarın surətində göstərilir ki, xx.xx.2020-ci il tarixdə X1 rayon Nabur kəndində olarkən həmkəndilsi yetkinlik yaşına çatmayan X3 ruhi əsəb xəstəsi olmasından istifadə edərək əlində olan ümumi dəyəri 400 manat olan “REDMİ NOTE 7” markalı mobil telefonu ondan gizli olaraq götürərək talamışdır. Oğurlamış olduğu mobil telefonu Camil 2 gün ərzində özündə saxlamışdır. X6 xx.xx.2020-ci il tarixdə vətəndaş X5 şikayəti əsasında polis əməkdaşları tərəfindən 3 saylı karantin postunda saxlanılarkən həmin “REDMİ NOTE 7” markalı telefonu yerə çirparaq yardsiz hala salmişdir. Bununla da xırda talama inzibati xətasını törətmişdir. Bu səbəbdən də Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanlması və inzibati araşdırmanın aparılması haqqında xx.xx.2020-ci il tarixli qərardadın surətindən görünür ki, Qobustan rayon polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyası xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağı ehtiva edir. Həmin maddənin “Qeyd”ində göstərilir ki, talanmış əmlakın dəyəri cinayət məsuliyyətinə səbəb olmadıqda bu xırda talama hesab olunur. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib bir ay müddətinə həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-189/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-189/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver