Məhkəmə qərarları › İş №3(026)-190/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-190/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-190/2023 16.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonunda qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 15 iyun 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 15 iyun 2023-cü il tarixdə günorta saat dostları X5 və X4 ilə birlikdə idarə etdiyi “Xəzər” markalı avtomobillə Qobustan rayonunun Dərəkənd kəndinə avtomobili təmir etmək üçün getmişdir. O, sürücü olmuşdur, Sərxan və Rahim isə təmir etmək üçün getmişlər. Cəngi adlanan ərazidə Qobustan rayon polis şöbəsinin əməkdaşları onları saxlayaraq onlardan sənəd təqdim etmələrini bildirmişlər. O və dostlarının üstündə snədlərinin olmadığı bildirmiş, polis əməkdaşlarına portal vasitəsi ilə yoxlamasını demişlər. Polis əməkdaşları onları şəxsiyyətlənin müəyyən olunması üçün polis şöbəsinə getməli olduqlarını bildirmişdir. Onlar isə polis şöbəsinə getmək istəmədiklərini bildirmişlər. X6 polis maşınında o və Sərxan isə öz maşınları ilə polis əməkdaşı ilə şöbəyə gəlmişlər. Şöbədə polis əməkdaşlarından üzr istəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, 14 iyun 2023-cü il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndi əraszisində bir baş dana oğurluğu olduğu üçün 15 iyun 2023-cü il tarixdə saat 14-15 iradələrində Cəngi qəsəbəsi ilə Qaracüzlü kəndi ərazisində xidmətdə olarkən qarşılarına ağ rəngli avtomobil çıxmışdır. Danası oğurlanmış şəxsin atası oğurluq olan günü ağ rəngli avtomaşının onların ərazisindən keçdiyini dediyinə görə həmin avtomaşını saxlatmışlar. Avdomaşında olan üç nəfər şəxsə özlərini təqdim edib sənəd tələb etmişlər. Onlar sənədləri olmadığını, Dərəkənd kəndinə avtomaşını təmir etməyə getdiklərini bildirmişlər. Həmin şəxslərə izah olunmuşdur ki, Dərəkənd kəndi tam başqa istiqamətdədir. Yenə sənəd istədikdə onlar portal vasitəsilə yoxlamağı deyərək sənəd təqdim etməmişlər. Həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Lakin onlar polis şöbəsinə getməkdən imtina etmişlər. Onların qanuni tələblərinə tabe olmamışlar. X1 şahid X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən əməlindən peşman olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar