Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-191/2020 28.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədirliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1951-ci ildə Şamaxı rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 327.2, 327.6 və 332.4cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi VAZ-2101 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Qobustan rayonunun Poladlı kəndinə gedərkən qarşıda gedən ** ME *** dövlət qeydiyyat nişanlı traktorla toqquşmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 327.2, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi VAZ-2101 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Qobustan rayonunun Poladlı kəndinə gedərkən qarşıda gedən ** ME *** dövlət qeydiyyat nişanlı traktorun sürücüsünün rayonun Bədəlli kənd məktəbinin yanında sola döndüyünü görüb onu ötmək istəyərkən traktorla toqquşmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X1 izahatında göstərdi ki, özünə məxsus EMTZE80 markalı traktorla xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Qobustan rayonunun Bədəlli kəndi ərazisində yerləşən “YURD” restoranınin yaxınlığındakı əkin sahəsində evinə getmək istəmiş və bu səbəbdən də məktəbin yanından sola dönmüşdür. Həmin vaxtı arxa tərəfdən gələn VAZ-21011 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə həm işıq, həm də əli ilə işarə vermişdir, lakin sürücü onu başa düşməyərək ötmə etmiş, nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxti tək olmuşdur və xəsarət almamışdır. İşdə olan “Qobustan rayon mərkəzi xəstəxanası” X3 verdiyi spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli 197 saylı aktdan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 327.2, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Azərbaycan Respublikası İXM-in oğlu Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-191/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-191/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver