Məhkəmə qərarları › İş №3(026)-191/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-191/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-191/2021 31.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 avqust 2021-ci il tarixdə Qobustan şəhərində X3 söyüb təhqir edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır və Tünzalə Qaçayeva onun qonşusudur. Bir neçə ay əvvəl bazardan tapdığı pişiyi evinə apararaq saxlamışdır. Həmin pişiyi Tünzalənin uşaqlarının apardıqlarını eşidib Tünzalənin qızından pişiyi hara aparmasını soruşmuş, qız qorxduğu üçün ağlamağa başlamışdır. Həmin vaxtı Tünzalə həyətə çıxaraq onu söymüş o, da Tünzaləni söymüşdür. Səhvini başa düşür. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Kamran onun qonşusudur. 22 avqust 2021-ci il tarixdə 11 yaşlı qızını qonşuya “DVD2 gətirməyə göndərmiş və bir neçə dəqiqədən sonra qızının ağlamaq səsini eşidib həyətə çıxmışdır. Həmin vaxtı qızı ilə birlikdə Kamranın da onun həyətinə gəldiyini görüb səbəbini soruşduqda qızı ona Kamranın ona “pişiyimi neyləmisiz” deyərək onu qorxuzduğunu demişdir. Kamrana həyətinə niyə girdiyini dedikdə isə Kamran onu nalayıq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar