Məhkəmə qərarları › İş №3(026)-192/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-192/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-192/2021 01.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1978-ci ildə Qobustan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş 31 avqust 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs özünə məxsus üç baş iri buynuzlu heyvanı 31 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində, sutkanın qaranlıq vaxtında asfalt-beton örtüklü avtomobil yoluna buraxdığından “Mersedes” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş, nəticədə “Mersedes” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. Şəxsi təsərrüfatında iri buynuzlu heyvanları vardır. 31 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində heyvanları nabatdan gələn vaxtı sahibsiz olduqlarından asfalt yola çıxmış və həmin heyvanlardan biri Şamaxı şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olan və X1 idarə etdiyi “Mersedes” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Nəticədə “Mersedes” markalı avtomaşına ziyan dəymişdir. Məsuliyyətini dərk edir və bir daha heyvanlarını sahibsiz buraxmayacaq. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında göstərdi ki, 31 avqust 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mersedes” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay rayonundan Bakı şəhərinə gedərkən, Bakı- Şamaxı yolunun 89-cu km-də saat 21 radələrində, sutkanın qaranlıq vaxtında yolun hərəkət hissəsindən bir neçə iri buynuzlu heyvanları görüb avtomaşının sürətini azaltsa da, iri buynuzlu heyvanlardan birini vurmuşdur. Nəticədə ona məxsus avtomaşına ziyan dəymişdir. Bu barədə Qobustan rayon polis şöbəsinə və avtomaşını sığortaladığı sığorta idarəsinə xəbər vermişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar