Məhkəmə qərarları › İş №3(026)-192/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-192/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-192/2022 08.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu xx xxxx 1985-ci ildə Şamaxı rayonunun Çaylı kəndində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu 51-də qeydiyyatda olan Şəxs Əzizbala oğlu barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə İXP ******* saylı protokola baxıb MÜƏYYƏN ETDİM: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Əzizbala oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə 30 may 2022-ci saylı İXP ******* saylı protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, protokol və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş portaldan çıxarışdan görünür ki, AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarında Şəxs Əzizbala oğlunun Bakl şəhəri, Nəsimi rayonu 51-də yaşadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bundan əlavə işə əlavə edilmiş 15 fevral 2022-ci il tarixli EQ ******* saylı qərardan görünür ki, inzibati xəta Bakı-Şamaxı-Yevlax yolunun 113,5 km-də Şamaxı rayonu ərazisində törədilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Əzizbala oğlu barəsində olan inzibati xəta haqqında işə baxılarkən onu tamamlamaq mümkün olmadığına görə 30 may 2022-ci saylı İXP ******* saylı protokol Qobustan rayon polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: İnzibati xəta haqqında 30 may 2022-ci saylı İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Qobustan rayon polis şöbəsinə qaytarılsın. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar