Məhkəmə qərarları › İş №3(026)-192/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-192/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-192/2023 19.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Vəkil və protokolu tərtib etmiş şəxs X8 iştirakı ilə, xx xxxxxxxx 1975-ci ildə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 17 iyun 2023-cü il tarixdə xidmətdə olan polis əməkdaşlarına qarşı kobudluq edərək, nalayiq sözlər deyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Eyni zamanda Qobustan rayon polis şöbəsinin inzibati binasında söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təxminən iki il bundan əvvəl ona həmin əkin sahəsində olan torpağını həmin yerin yaxınlığında başqa yerlə əvəz edib 0,06 ha torpaq sahəsi vermişlər. O, da həmin torqaq sahəsini hasarlayıb ev tikmək qərarına gəlmişdir. Buna görə də 17 iyun 2023-cü il tarixdə tanışları olan hörgü ustaları Bəhlul və Zülfüqar Nəcəfovları çağırıb onlara həmin sahədə hasar tikdirmək istədiyini bildirdiyindən onlar da həmin günü torpaq sahəsinə gəlib hasar tikmək üçün işə başladılar. Saat təxminən 11 radələrində polis əməkdaşlarının ustalara yaxınlaşıb onlarla danışdıqlarını görmüşdür. Ustalar da onu yanlarına çağırıb polis əməkdaşlarının tikintiyə icazə vermədiklərini dediklərinə görə əvvəlcədən tanıdığı Rəşad adlı polis əməkdaşına yaxınlaşaraq ondan sənəd istəməsinin qanunsuz olduğunu demişdir. Həmin vaxtı aralarında sözlə mübahisə başlamış və Rəşad ona avtomobilə əyləşməsini bildirmişdir. Polis əməkdaşı olan Rəşada avtomobilə əyləşməyəcəyini dedikdə isə Rəşad və bir neçə polis əməkdaşları ona zor tətbiq edərək onu polisin xidməti avtomobilinə əyləşdirib Qobustan rayon polis şöbəsinə aparmışlar. Polis avtomobilinə əyləşməzdən əvvəl anası səsə gəlmiş və onu polis əməkdaşlarının əlindən almaq istəmişdir. Lakin polis əməkdaşları anasını itələyərək onu avtomobilə əyləşdirmişlər. Rəşadla aralarında hər-hansı bir mübahisə yaransa da, o söyüş söyməmişdir. Etdiyi əmələ görə üzr istəyir, əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil izahat verərək bildirdi ki, X3 Şəxsn məxsus elektronika malları mağazasına borcu olmuş, hadisədən 1-2 gün əvvəl Asif Rəşaddan borcu istədiyinə görə Rəşadda şəxsi qərəzliklə onun hasar çəkdirmək istədiyi sahəyə gəlmiş, davranışı və hərəkətləri ilə elə şərait yaratmışdır ki, Şəxs əsəbiləşib özündən çıxsın və polis əməkdaşları ilə kobud davransın. Ona görə də Şəxs əməlində xuliqanlıq hərəkətləri yoxdur. Qobustan rayon polis şöbəsinin əməkdaşı X5 izahatında göstərdi ki, 17 iyun 2023-cü il tarixdə Qobustan şəhərində xidməti ərazidə olan zaman “Yeni Massiv” adlanan ərazidə tikinti işlərinin aparıldığını görüb yaxınlaşmışdır. Həmin zaman Şəxs küçəyə çıxaraq polisin qanuni tələbini icra etməyərək və nalayiq ifadələr işlədərək onlara qarşı kobudluq etməyə başlamışdır. Ondan tikintiyə icazəsi olub-olmamasını soruşmuş və tikintiyə dair sənəd tələb etmişdir. O və orada olan digər polis əməkdaşları Şəxs nizam-intizama, polisin qanuni tələbini icra etməyə çağırsalar da, Şəxs özbaşınalıq etməyə davam etmişdir. Şəxs polisin xidməti avtomobilinə əyləşməsini və araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs yenidən polisin qanuni tələbinə tabe olmayaraq avtomobilə əyləşməkdən imtina etdiyinə görə zəruri hərəkətlər edərək və müvafiq məcburi tədbirlər görərək onu xidməti avtomaşına əyləşdirib polis şöbəsinin xidməti binasına gətirmişlər. Şəxs polisin inzibati binasında da öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr və təhqiramiz sözlər işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. X4, X13 və X10 şahid X5 ilə eyni məzmunlu ifadə verdilər. X2 izahat verərək göstərdi ki, tikinti ustası işləyir. Şəxs 17 iyun 2023-cü il tarixdə ona və qardaşı Zülfüqar Nəcəfova ona aid torpaq sahəsində hasar tikdirmək istədiyini bildirdiyi üçün Asiflə razılaşaraq həmin torpaq sahəsində hasar tikmək üçün işə başlayaraq bünövrə qazmışlar. Həmin günü təxminən saat 11 radələrində polis əməkdaşlarının onlara yaxınlaşıb tikintiyə icazə verilmədiyini dediklərinə görə Asifi çağırmışlar. Şəxs əraziyə gəldikdən sonra Rəşad adlı polis əməkdaşına yaxınlaşaraq ondan sənəd istəməsinin qanunsuz olduğunu demişdir. Həmin vaxtı aralarında sözlə mübahisə başlamış və Asif polis şöbəsinə getməkdən imtina etdiyinə görə polis əməkdaşı olan Rəşad və bir neçə polis əməkdaşları onu məcburi polisin xidməti avtomobilinə əyləşdirib Qobustan rayon polis şöbəsinə aparmışlar. X1 X2 ilə eyni məzmunlu ifadə verdi. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X7 ifadə verərək göstərdi ki, 17 iyun 2023-cü il tarixdə Şəxs polis əməkdaşı X5 ilə birlikdə mübahisə edərək Qobustan rayon polis şöbəsinin həyətinə gəlmiş və ucadan nalayıq ifadələr işlətdiyinə görə onu xidməti otağına dəvət edib sakitləşdirməyə çalışmış, lakin o hərəkətlərini davam etdirərək iş rejimini uzun müddət pozmuşdur. Bundan sonra onun hərəkətləri barədə tədbir görülərək protokollaşdırılmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Qobustan rayon polis şöbəsinin 17 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında MN ******* saylı protokolundan görünür ki, Şəxs 17 iyun 2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqları olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 89, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar