Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-193/2020 05.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində həmkəndlisi X2 söyüb təhqir edərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. xx xxxxxxx 2020ci il tarixdə evində olarkən həyətdən səs gəldiyini eşidib çölə çıxmış və nə baş verdiyi ilə maraqlanmışdır. Nəvəsi ona qonşuları X3 onların küçə qapılarına daş atdığını demişdir. Həmin vaxt Alı da həyətə çıxmış və “sənin də nəvələrin mənim darvazama daş atmışlar” sözlərini demişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmış, mübahisə zamanı birbirilərini söymüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə özünə məxsus bostan sahəsindən evinə gələrkən qonşusu Şəxs onun ailə üzvləri ilə mübahisə etdiyi görüb nə baş verdiyini soruşduqda Hilal onu və ailə üzvlərini söyüb təhqir etməyə başlamışdır. O da əsəbiləşərək Hilalı söymüşdür. İnzibati xəta törədən şəxs Şəxs bu əməli zərərçəkmiş şəxsin və eləcə də iş üzrə toplanmış materiallarla təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-193/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-193/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver