Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-193/2025 30.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxx 1995-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 30 iyun 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-47/2022 saylı, 10 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq X2 ödənilməlidir. Lakin borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və 3360 manat aliment borcunun yaranması ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, Qobustan Rayon Məhkəməsinin 2(026)- 47/2022 saylı, 10 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 noyabr 2021-ci ildən hesablanmaqla 22 mart 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməlidir. Həmin icra sənədi verildikdən sonra Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, 11 yanvar 2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şəxs inzibati və cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş, onun bir neçə dəfə yazılı izahatı alınmış, barəsində axtarış tədbirləri də aparılmışdır. Lakin Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(026)-47/2022 saylı, 10 yanvar 2022-ci il tarixli icra sənədi üzrə aliment ödənişləri mütəmadi olaraq edilməmiş, sonuncu ödəniş isə aprel ayında 200 manat məbləğində olmuş, borclunun həmin icra sənədi üzrə 3360 manat məbləğində aliment borcu yığılmışdır. Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(026)-47/2022 saylı, 10 yanvar 2022-ci il tarixli icra sənədi üzrə aliment borcunu ödəməməklə Şəxs İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, səhhətində ağırlaşma olduğuna görə həqiqətən də son dövrlərdə aliment öhdəliyini icra edə bilməmişdir. Özü ikinci qrup əlildir, lakin sonuncu dəfə müayinədən keçə bilmədiyinə görə hazırda əlilliyə görə aldığı pensiyası da kəsilmişdir. Bununla belə ikinci qrup əlil olmasına dair vəsiqəsi var. Bundan başqa, hazırda yeni bir körpə uşağı doğulmuşdur. Həmçinin himayəsində İİ qrup əlil anası Rəna Dəmirova var, anasına da özü baxır. Əgər ona 10 gün vaxt verilərsə, o, aliment borcundan 1000 manat ödəniş edəcəkdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs səhhəti də nəzərə alınmaqla, onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 2(026)-47/2022 saylı icra vərəqəsindən görünür ki, 22 mart 2021-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutulub X2 verilməli, aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 10 noyabr 2021-ci il tarixdən tutulmalıdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 11 yanvar 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 2(026)- 47/2022 saylı, 10 yanvar 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, dəfələrlə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatları alınmış, həmçinin barəsində axtarış tədbirləri də həyata keçirilmişdir. İşdə surəti olan 076579 və 061266 nömrəli vəsiqələrdən görünür ki, Şəxs və anası Dəmirova Rəna ümumi səbəbdən ikinci qrup əlildir. İşdə surəti olan AZ-İV 912387 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 28 sentyabr 2023-cü il təvəllüdlü X8 atası Şəxs, anası X3r. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 3(026)- 141/2023 saylı qərarından görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-47/2022 saylı, 10 yanvar 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməməsinə görə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmiş, bu zaman Şəxs ikinci qrup əlil olması da nəzərə alınmışdır. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsinin 2(026)-47/2022 saylı, 10 yanvar 2022-ci il tarixli icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə 3360 manat məbləğində aliment borcu yaranmışdır. Artıq bir müddətdir ki, həmin icra sənədi üzrə aliment ödənişlərinin edilməməsi faktını Şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini, eləcə də, aliment ödəməli olduğu X4 başqa, onun sonradan 28 sentyabr 2023-cü il təvəllüdlü X9 adlı uşağının doğulmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, hazırkı tarixdə Şəxs İİ qrup əlil olması müəyyən edilməsə də, onun həqiqətən də 30 aprel 2021-ci il tarixədək İİ qrup əlil olması iş materialları ilə öz təsdiqini tapmış, onun barəsində eyni maddə ilə əvvəllər qəbul edilmiş Qobustan Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 3(026)-141/2023 saylı qərarı ilə də həmin hal nəzərə alınmışdır. Şəxs hazırda sonuncu müayinədən keçmədiyinə görə ikinci qrup əlilliyinə görə pensiyasının kəsildiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu halı da nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəuyğun saymır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-193/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-193/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver