Məhkəmə qərarları › İş №3(026)-194/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-194/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-194/2021 20.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibatı xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 8951469,68 Rusiya rublu məbləğində vəsaiti 24 iyul 219-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsədə, 8951469,68 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X2 izahat verərək göstərdi ki, Rusiya Federasiyası Stavropol diyarı Budyenovski şəhərində yerləşən “AMETİST-YUQ” OOO ilə 15 avqust 2018-ci il tarixdə penopoliuretan alınması üçün ЗЮЛ-15/08/18 saylı müqavilə bağlanmış, 24 iyul 2019-cu il tarixdə 8951469,68 Rusiya rublu məbləğində vəsait Bank VTB vasitəsi ilə istehsalçı satıcının bank hesabına köçürülmüşdür. Həmin müqaviləyə əsasən “AMETİST-YUQ”OOO ünvanımıza 20 iyun 2020-ci ildən ******* rubl 64 qəpik dəyərində 1089 rulonda 5516 ədəd paralon, 22 iyun 2019-cu il tarixdə ******* rubl 48 qəpik dəyərəində 1134 rulonda 7947 ədəd paralon, 24 iyun 2019-cu il tarixdə ******* rubl 92 qəpik dəyərində 1104 rulonda 16149 ədəd paralon, 28 iyun 2019-cu il tarixdə ******* rubl 88 qəpik dəyərində 883 rulonda 5821 ədəd paralon və 30 iyun 2019-cu il tarixdə ******* rubl 76 qəpik dəyərində 1160 rulonda 7087 ədəd paralon, cəmi 8951469,68 Rusiya rublu məbləğində mal göndərmişdir. Ödəniş mal qəbulundan sonra ödənilmişdir. VTB bankına lazımı sənədlər təqdim edilmiş, lakin bank işçiləri tərəfindən səhvən Mərkəzi Banka malın gəlməməsi barədə məlumat verilmişdir.Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin məktubundan görünür ki, "xxxx" ASC vasitəsi ilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan ödəniş aparılmış və ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Sorğu nömrəsi **********6571 olan 20 iyun 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Rusiya Federasiyası Stavropol diyarı Budyenovski şəhərində yerləşən “AMETİST-YUQ” OOO-dan Şəxs MMC-nin ünvanına ******* rubl 64 qəpik dəyərində 1089 rulonda 5516 ədəd paralon göndərilmişdir. Sorğu nömrəsi **********8281 olan 22 iyun 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Rusiya Federasiyası Stavropol diyarı Budyenovski şəhərində yerləşən “AMETİST-YUQ” OOO-dan Şəxs MMC-nin ünvanına ******* rubl 48 qəpik dəyərəində 1134 rulonda 7947 ədəd paralon göndərilmişdir. Sorğu nömrəsi **********8787 olan 24 iyun 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Rusiya Federasiyası Stavropol diyarı Budyenovski şəhərində yerləşən “AMETİST-YUQ” OOO-dan Şəxs MMC-nin ünvanına ******* rubl 92 qəpik dəyərində 1104 rulonda 16149 ədəd paralon göndərilmişdir. Sorğu nömrəsi **********5676 olan 28 iyun 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Rusiya Federasiyası Stavropol diyarı Budyenovski şəhərində yerləşən “AMETİST-YUQ” OOO-dan Şəxs MMC-nin ünvanına ******* rubl 88 qəpik dəyərində 883 rulonda 5821 ədəd paralon göndərilmişdir. Sorğu nömrəsi **********6445 olan 30 iyun 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Rusiya Federasiyası Stavropol diyarı Budyenovski şəhərində yerləşən “AMETİST-YUQ” OOO-dan Şəxs MMC-nin ünvanına ******* rubl 76 qəpik dəyərində 1160 rulonda 7087 ədəd paralon göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının idarə Heyətinin 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasnın rezident və qeyri - rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbənddə dəyişikliklər edilərək, müvafiq sənədlərin ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edıimədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC ilə Rusiya Federasiyası Stavropol diyarı Budyenovski şəhərində yerləşən “AMETİST-YUQ” OOO ilə 15 avqust 2018-ci il tarixdə penopoliuretan alınması üçün ЗЮЛ-15/08/18 saylı müqavilə bağlanmış, Şəxs MMC tərəfindən 24 iyul 2019-cu il tarixdə 8951469,68 Rusiya rublu məbləğində vəsait Bank VTB vasitəsi ilə istehsalçı satıcının bank hesabına köçürülmüşdür. Həmin müqaviləyə əsasən “AMETİST-YUQ”OOO tərəfindən Şəxs MMCnin ünvanına 20 iyun 2020-ci ildən ******* rubl 64 qəpik dəyərində 1089 rulonda 5516 ədəd paralon, 22 iyun 2019-cu il tarixdə ******* rubl 48 qəpik dəyərəində 1134 rulonda 7947 ədəd paralon, 24 iyun 2019-cu il tarixdə ******* rubl 92 qəpik dəyərində 1104 rulonda 16149 ədəd paralon, 28 iyun 2019-cu il tarixdə ******* rubl 88 qəpik dəyərində 883 rulonda 5821 ədəd paralon və 30 iyun 2019-cu il tarixdə ******* rubl 76 qəpik dəyərində 1160 rulonda 7087 ədəd paralon, cəmi 8951469,68 Rusiya rublu məbləğində mal göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-in 40.0.1,43,114,115,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar