Məhkəmə qərarları › İş №3(026)-194/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-194/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-194/2023 20.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Qobustan rayonu Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 27 may 2023-cü il tarixdə Qobustan rayonu Göydərə kəndində pul ilə qumar oynadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 26 may 2023-cü il tarixdə saat 23 radələrində o, X9, X2, X1 Bəhruz Əlifxan oğlu və X6 ilə birlikdə Göydərə kəndində yerləşən sahibsiz evə girərək qumar oynamışlar. Qumarı kartla oynamışlar və adambaşına 1 manat atmışlar. Onlar qumar oynadıqdan təxminən 15-20 dəqiqə sonra Qobustan rayon polis şöbəsinin əməkdaşları oynadıqları yerə gələrək onları Qobustan rayon polis şöbəsinin inzibati binasına aparmışlar. X3 və X6 hava qaranlıq olduğuna görə qaçıb gizlənmişlər. Əməlindən peşmandır. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 06 iyun 2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Qobustan rayon polis şöbəsinin CAB-in əməliyyat müvəkkili X4 raportu əsasın toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilsin. Qobustan rayon Göydərə kənd sakinləri Şəxs, X2, X9 və X8 barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verildiyindən tədbir görülməsi üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatım dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilsin. Maddi sübut kimi götürülüb Qobustan rayon polis şöbəsində saxlanılan 23 manat pul dövlət nəfinə keçirilsin. Oyun kartı məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar