Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-196/2021 29.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1960-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 185-də yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 329.3 və 343.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 05 sentyabr 2021-ci il tarixdə işıq cihazından istifadə qaydalarını pozduğu və sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün tibbi müayinədən imtina etdiyi və Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında 07 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokolda YPX-nin inspektorunun qanuni tələblərinə qəsdən tabe olmadığı və nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 04 sentyabr 2021-ci il tarixdə idarə etdiyi QAZ-33021 markalı avtomobillə Bakı şəhərindən Qobustan rayonunun Nabur kəndinə gedərkən Qobustan rayonu ərazisində yol polisi əməkdaşı tərəfindən saxla işarəsi verdiyinə görə avtomaşını saxlayıb polis əməkdaşına Nabur kəndinə getdiyini bildirmişdir. Polis əməkdaşı onun avtomaşınına yaxınlaşaraq avtomaşının qapısını dartmağa başlamış köməyə polis əməkdaşlarını da çağırmışdır. Onu polisin xidməti avtomaşını ilə Qobustan rayon polis şöbəsinə gətirmişlər. Qobustan rayon mərkəzi xəstəxanasının test aparatı işlək vəziyyətdə olmadığına görə testin keçirilməsindən imtina etmişdir. Həmin zaman spirtli içki içməmişdir, lakin spirtlə əlini silmişdir. Əsəbi olmuşdur, qışqırmışdır. Əməlindən peşmandır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, D. F. Xalıqovun Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsi ilə törətdiyi inzibati xəta haqqında protokolun baxılması daxili işlər orqanının səlahiyyətində olduğu üçün geri qaytarılmalı, Xalıqov X1 Xətalar Məcəlləsinin 343.1,510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşdə olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X2 verdiyi 04 sentyabr 2021-ci il tarixli spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 437 saylı protokolunda Şəxs sərxoşluğun müayinəsindən imtina etdiyi göstərilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin 09 sentyabr 2021-ci il tarixli 145-8587/2021 saylı məktubundan göstərilir ki, Qobustan rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 3(026)-196 saylı qərarı ilə 15 gün müddətinə inzibati həbs olunmuş Şəxs götürülmüş COVİD-19 testi pozitiv çıxdığından o, 09 sentyabr 2021-ci il tarixdən müalicə olunması üçün xəstəxanaya yerləşdirilmişdir. Qobustan rayon polis şöbəsinin 29 sentyabr 2021-ci il tarixli 145 9380/2021 saylı məktubunda göstərilir ki, Qobustan rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 3(026)- 196 saylı qərarı ilə 15 gün müddətinə inzibati həbs olunmuş Şəxs götürülmüş COVİD-19 testi pozitiv çıxması səbəbindən ona Qobustan rayon mərkəzi xəstəxanasının həkim rəyinə əsasən 14 gün müddətində ev şəraitində müalicə təyin olunmuş və həbsi dayandırılmışdır. 22 sentyabr 2021-ci il tarixdə müalicəsi başa çatdığı üçün Şəxs həbsi davam edir, hazırda 9 gündür ki, həbsdədir. Şəxs Qobustan rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 3(026)-196 saylı qərarından verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelaysiya Məhkəməsində baxılmış. Sumqayıt Apelyasiya Məhkəməsinin 18 sentyabr 2021-ci il tarixli 3(105)-570/2021 saylı qərardadı ilə Qobustan rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 343.1, 510 və 535-ci maddələri ilə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalı, onun Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə törətdiyi inzibati xəta haqqında protokol baxılması üçün Qobustan rayon polis şöbəsinə qaytarılmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həmin cəzadan 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 2 gün, 22 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci ilədək həbsdə saxlandığı 7 gün çıxılmaqla Şəxs üzərində 1 gün inzibati cəza saxlanılsın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə törətdiyi inzibati xəta haqqında protokol baxılması üçün Qobustan rayon polis şöbəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-196/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-196/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver