Məhkəmə qərarları › İş №3(026)-196/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-196/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-196/2022 22.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, xx xxxx 1968-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP ******* nömrəli protokolda Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarda nəzərdə tutulan cəriməni üç ay keçməsinə baxmayaraq ödəmədiyi göstərilmişdir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs 21 iyun 2022-ci il tarixdə vəfat etdiyi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2022-ci il tarixdə verilmiş AZ-İİ 264869 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs 21 iyun 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öldüyünə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyünə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar