Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-196/2023 22.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhəri, Koroğlu küçəsi ev 10-da qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 21 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixə keçən gecə Qobustan şəhərində “Seymur” şadlıq sarayının qarşısında küçədə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ünvansız söyüşlər söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 21 iyun 2023-cü il tarixdə axşam saatlarında Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında toy məclisində olmuş və mobil telefonuna gələn zənglə əlaqədar danışmaq üçün həyətə çıxmışdır. Telefonla danışarkən əsəbi olduğundan söyüş söymüşdür. Həmin zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər, lakin toy məclisində spirtli içki qəbul etdiyindən özünü idarə edə bilməyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahatında göstərdi ki, 21 iyun 2023-cü il tarixdə polis şöbəsinin əməkdaşları X5 və , X3 və X6 ilə birlikdə Qobustan şəhərində xidməti ərazidə olan zaman Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayının qarşısında bir nəfər şəxsin mobil telefonla danışaraq söyüş söydüyünü eşidib ona yaxınlaşmış və özünü təqdim edərək həmin şəxsi nizam-intizama dəvət etmişdir. Lakin sonradan adını bildiyi Şəxs onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək onlarında ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra onu Qobustan rayon polis şöbəsinə aparmışlar. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X5 ifadə verərək göstərdi ki, 21 iyun 2023-cü il tarixdə polis şöbəsinin bir neçə əməkdaşı ilə birlikdə Qobustan şəhəri ərazisində xidmətdə olan zaman Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayının qarşısında bir nəfər şəxsin mobil telefonla danışaraq söyüş söydüyünü görüb ona yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq, polis əməkdaşlarının da ünvanına nalayiq sözlər işlədərək öz hərəkətlərini davam etdirmişdir. Onu Qobustan rayon polis şöbəsinə aparmışlar və həmin şəxsin Qobustan şəhər sakini Şəxs olduğu müəyyən olunmuşdur. Şahidlər Qobustan rayon polis şöbəsinin əməkdaşları X3 və X6 şahid X5 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-196/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-196/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver