Məhkəmə qərarları › İş №3(026)-197/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-197/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-197/2021 17.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X18 və onun vəkili Vəkil İsgəndiyar oğlunun iştirakları ilə, X8 Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli TP ******* saylı inzibati təhbehvermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X18 Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli TP ******* saylı inzibati təhbehvermə haqqında qərarından Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X18 şikayəti onunla əsaslandırmışdır ki, 02 avqust 2021-ci il tarixində Bakı şəhəri H.Əliyev prospekti ünvanında sürücü X19 idarə etdiyi “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 4-cü hərəkət zolağında hərəkətdə olarkən idarəetməni itirmişdir. Həmin anda X18 idarə etdiyi Vaz 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsində 2-ci zolaqdan 3-cü zolağa yerdəyişmə edərkən “Mitsubishi Outlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X19 "Yol-hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1cı hissəsinin 3-cü bəndinin, 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəh DYPŞ-nın inspektoru, polis baş leytenantı X21 tərəfindən icraat aparılmış və sürucu X18 təqsirli bilinərək barəsində 02 avqust 2021-cı ıl tarixli TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar rəsmi qaydada 31 avqust 2021-ci il tarixində ona verilmişdir. Bakı şəhər DYPŞ-nin inspektoru polis baş leytenantı X21 tərəfindən qəbul edilən 02 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı aşağıdakı arqumentlərə görə qanunsuz və əsassız sayır. Qeyrd olunan hadisə üzrə Azərbaycan Respublikası İXM-in 82-1-ci maddəsinə əsasən müdafiəçinin təşəbbüsü ilə ekspertiza aparılmış və məhkəmə yol-nəqliyyat hadisələri üzrə eksperti X5 25 avqust 2021-cı ıl tarixli 20 nömrəli rəyinə əsasən Vaz 2106 markalı 37 BC-121 dövlət qeydiyyat nişanlı avtomobilin “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması baş verməmişdir. Yəni ekspertizanın təyini haqqında müraciətdə göstərilən hadisə mexanizmi avtomobillərin üzərində olan zədələrə uyğundur, ekspertizanın təyini haqqında müraciətdə göstərilən vəziyyətdə “Mitsubishi Outlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hadisənin qarşısını almağa texniki imaknı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən vəziyyətdə “Vaz 2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci, 5-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən vəziyyətdə “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmusdur. Bakı şəhər DYPİ-nın inspektoru X21 tərəfindən müəyyən edilmiş ış üçun əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, o cümlədən X10 əməlində inzibatı xəta tərkibi yalnız “Mitsubishi Outlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmaya səbəb olmuşdur. Bakı şəhər DYPİ-nın inspektoru polis baş leytenantı X21 tərəfindən qəbul edilən 02 avqust 2021 -ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilərək barəsində aparılan inzibati xəta haqqında ış üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 vəkili Vəkil bildirdi ki, müdafiəşisi olduğu X15 idarə etdiyi “Vaz 2106” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobillə 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən sağdan-sola, yəni yolun 2-ci zolağından 3-cü zolağına manevr edərkən onunla eyni istiqamətdə hərəkətdə olan X12 idarə etdiyi “Mitsubishi Qutlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış və həmin avtomaşın Səməndərin idarə etdiyi avtomaşını sol arxa hissəsindən vurmuşdur. X18 yol hərəkət qaydalarını həqiqətən pozmuşdur. Lakin nə onun avtomaşını, nə də X12 avtomaşını başqa heç bir avtomaşınla toqquşmamışdır. X11 idarə etdiyi “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan bir neçə saniyə sonra hadisə yerinə yaxınlaşmış, sürücü idarəetməni itirərək səkiyə dəyib qazona düşmüşdür. Elçin İsmayılovun avtomaşını, nə “Vaz 2106” markalı avtomaşınına nə də ki, “Mitsubishi Qutlander” avtomaşınına toxunmamışdır. Müdafiə etdiyi X13 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Qutlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı aftomaşına dəymiş zərəri qarşılayırlar. Lakin, “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərəri qarşılamırlar. İnzibati xəta haqqında protokoldan görünür ki, X14 onun hüquq və vəzifələri izah olunmamışdır, izahat, vəsatət vermək, video görüntüləri ilə tanış olmaq imkanı yaradılmamışdır, protokol Səməndərin yanında tərtib olunmayıb, onun iştirakı təmin olunmayıb. Qərarın xitam olunmasını istəmir. Yuxarıdakı qanun pozuntularına görə inzibati xəta haqqında qərarın ləğv olunması, inzibati materialın isə yenidən araşdırılma aparılması üçün Bakı şəhər DYPİ-yə qaytarılmasını xahiş etdi. X3 müdafiəçisinin izahatına oxşar izahat verərək bildirdi ki, idarə etdiyi avtomaşınla Mərdəkan qəsəbəsinə getmək istədiyindən yol hərəkət qaydalarının tələblərinə uyğun olmayan yerdəyişmə etmiş, Hacaliyev Bülbülun idarə etdiyi avtomaşının qarşısına çıxmış və nəticədə Bülbül avtomaşınla onu sol arxa hissədən vurmuşdir. Düzgün manevr etmədiyini, yol hərəkət qaydalarını pozduğunu başa düşür. “Mitsubishi Qutlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşınına dəymiş zərəri qarşılayır, lakin “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərəri qarşılamır, çünki həmin avtomaşın nə onun avtomaşınına, nə də Blübülün avtomaşınına toxunmamışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhər DYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilir ki, X18 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə X2 25 avqust 2021-ci il tarixli 20 saylı ekspert rəyindən göstərilir ki, “Vaz 2106” markalı 37 BC-121 dövlət qeydiyyat nişanlı avtomobilin “Kia Ceed” markalı **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması baş verməmişdir. Yəni ekspertizanın təyini haqqında müraciətdə göstərilən hadisə mexanizmi avtomobillərin üzərində olan zədələrə uyğundur, ekspertizanın təyini haqqında müraciətdə göstərilən vəziyyətdə “Mitsubishi Outlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən vəziyyətdə “Vaz 2106” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1 -ci, 5-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertizanın təyini haqqında müraciətdə göstərilən vəziyyətdə “Kia Ceed” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmusdur. Müəyyən olundu ki, 02 avqust 2021-ci il tarixdə X16 Bakı şəhəri Heydər Əliyev prospektində VAZ-2106 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolun ikinci zolağından üçüncü zolağına yerdəyişmə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci, 5-ci və 6-cı hissələrinin tələblərinə riayət etmədiyindən onunla eyni istiqamətdə hərəkətdə olan X9 idarə etdiyi “Mitsubishi Outlander” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış və həmin avtomaşın Səməndər Məsimovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşının arxa sol hissəsinə dəymişdir. BDYP-nin əməkdaşları tərəfindən həmin tarixdə qanuni və düzgün olaraq İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və TPE ******* saylı inzibati tənbehvermə haqqında qərarla X18 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Onun müdafiəçinin X7 onun hüquq və vəzifələrinin izah olunmaması, vəsatət vermək, video görüntüləri ilə tanış olmaq imkanı yadarılmaması barədə göstərdikləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 121-ci maddəsində göstərilir ki, bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X8 Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X8 Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar