Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-198/2020 14.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olan X1 barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə MN ******* saylı qərardan şikayətinə baxıb MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ tərəfindən tərtib olunmuş MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, şikayətə əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, şikayətin surəti tərəflərə verilməsi üçün işə əlavə edilməmişdir. Şikayətə qərarın əsli deyil, surəti əlavə edilmişdir və həmin qərarın surəti yaxşı oxunmur. Bundan əlavə, qərardan şikayət vermə müddəti qanunla 10 gün nəzərdə tutulmuşdur, lakin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs şikayət vermə müddətini ötürmüş, 8 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ tərəfindən tərtib olunmuş MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və əlavə olunmuş sənədlər X2 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ tərəfindən tərtib olunmuş MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-198/2020
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-198/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver