Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-198/2021 08.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, xx xxxxxx 1978-ci ildə Qobustan rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: 08 sentyabr 2021-ci il tarixli İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs özündə bir ədəd qoşa lüləli, 16 kalibri 13554 nömrəli ov silahını qanunsuz saxlamaqla Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən silahın saxlanılması qaydasını pozduğu göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, babasından qalan ov silahını evində saxlamışdır. Həmin silahı rəsmiləşdirmək istəsədə maddi imkanı olmadığı üçün sənədləşdirə bilməmişdir. 06 sentyabr 2021-ci il tarixdə Qobustan rayon pilis şöbəsinin əməkdaşları onda qanunsuz silah olması barədə məlumat aldıqlarını bildirib həmin silahı ondan tələb etmişlər. Özündə saxladığı bir ədəd qoşa lüləli, 16 kalibrli 13554 nömrəli ov silahını polis əməkdaşlarına vermiş və silahı saxlamaqda məqsədi babasından yadigar kimi saxlamaq olmuşdur. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, N.H. Hidayətov Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan qaydada inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib bir ədəd qoşa lüləli, 16 kalibrli 13554 nömrəli ov silahı müsadirə edilməklə 90 manat məbləğində inzibati cərimə edilsin. Bir ədəd qoşa lüləli, 16 kalibrli 13554 nömrəli ov silahı DİN-nin təchizat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-198/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-198/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver