Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-2/2021 05.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1967-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasına daxil olaraq səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır. Özünə məxsus VAZ-2107 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Avtomaşının sənədləri qaydasında olmadığına görə idarə etmir. Lakin bir neçə ay bundan əvvəl oğlu həmin avtomaşını ondan icazəsiz götürmüş və idarə edərkən yol polis əməkdaşları tərəfindən saxlanılaraq dayanacağa aparılmışdır. xx xxxxxx 2021-ci il tarixdə öz qarajında spirtli içki qəbul etmiş və polis şöbəsinə gedib səs-küy salarsa avtomaşını dayanacaqdan götürəcəyini düşünərək polis şöbəsinə getmişdir. Qobustan rayon polis şöbəsinin inzibati binasına daxil olaraq səs-küy salmış və onu nizam-intizama dəvət edən polis əməkdaşlarına tabe olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X5 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə qapı postunda xidmətdə olan zaman Şəxs ona yaxınlaşaraq rəisin qəbuluna gəldiyi demişdir. Mübarizin içkili olduğunu görüb ona nahar fasiləsi olduğunu deyərək gözləməsini bildirmişdir. Lakin Şəxs onun qanuni tələblərinə tabe olmayaraq növbətçi hissəyə daxil olmuşdur. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X6 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə xidmətdə olan zaman qapı postunda olan polis əməkdaşı növbətçi hissəyə zəng vuraraq Şəxs şöbəyə gəldiyini və onun içkili vəziyyətdə olduğundan dartınaraq binaya girdiyini dedi. Həmin şəxsin Şəxs olduğunu görüb ona yaxınlaşmış və Mübariz ünvansız söyüşlər söyərək dayanacaqda olan avtomaşınını çıxartmağa gəldiyini ona demişdir. Şəxs getməsini bildisə də Mübariz getməmişdir. Onun qanuni tələblərini pozaraq nalayiq sözlər işlətməkdə davam etmişdir. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 X3 izahatına uyğun eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, M.H. Qəribov Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXMin 510-cu maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev :
Məhkəmə qərarları › İş №3(026)-2/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-2/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver