Məhkəmə qərarları › İş №3(026)-2/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-2/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-2/2023 06.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Qobustan rayonu “SON” adlanan ərazidə yerləşən “Avtotəmir, ehtiyat hissələri” obyekti üzərində 24 avqust 2022-ci il tarixdən hal-hazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması göstərilərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Qobustan Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, müqavilə bağlamaq üçün idarəyə getmək lazım olduğunu bilməmişdir. Çünki əvvəllər reklam idarəsinin işçiləri özləri gəlib obyektlərlə müqavilə bağlayırdılar. Səhvini başa düşür. İş materiallarında olan internet vergi idarəsinin çıxarışının surətindən görünür ki, Şəxs ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin “Avtotəmir, ehtiyat hissələri” obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs ünvanlandığı bildirişdən görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Avtotəmir, ehtiyat hissələri” obyektinə aid olan reklamların müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlarını həyata keçirməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunması bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati qaydada təqsirli bilinib 1500 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar