Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-20/2021 12.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhəri Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə 00100-0142/21 saylı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhəri Gömrük İdarəsindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibatı xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC Rusiya Federasiyasından xx xxxxxx 2021-ci il tarixdə saat 12:42-də X3 Gömrük idarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99XE036/99ZC036 nömrə nişanlı yük avtomaşınında daxil olmuş malların **********8054 sorğu nömrəli xx xxxxxx 2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük idarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin malları gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsindəX)**********054 sorğu nömrəli xx xxxxxx 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99XE036/99ZC036 nömrə nişanlı yük avtomaşını ilə xx xxxxxx 2021-ci il tarixil saat 12:42də X3 Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx xxxxxx 2021-ci il tarixdə saat 13:13-də gömrük orqanına **********0367 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta törədən hüquqi şəxs Şəxs MMC-nin bu əməli iş üzrə toplanmış materiallarla təsdiq olunur. İş materiallarında olan Şəxs MMC-nin direktoru X1 izahat verərək göstərmişdir ki, o, Qobustan ravonıu, Qobustan şəhəri, Yeni Massiv ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin direktorudur. "Şəxs" MMC-nin ünvanına 20 yanvar 2021-ci il tarixdə Rusiya Federasiyasından 99XE036/99ZC036 nömrə nişanlı yük avtomaşınında elastik təbəqələr yükü daxil olmuşdur. Həmin mallar Bakı Baş Gömrük İdarəsində **********8054 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. 99XE036/99ZC036 nömrə nişanlı yük avtomaşınının sürücüsü şirkətə məlumat vermədən sərhəddi keçmiş və bu səbəbdən də qısa idxal bəyannamə mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli **********0367 saylı qısa idxal bəyannaməsindən aydın olur ki, Rusiya Federasiyasından 99XE036/99ZC036 nömrə nişanlı yük avtomaşınında plastik kütlədən-penopoliuretandan elastik təbəqələr yükü "Şəxs" MMC-yə gətirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2021-ci il tarixli 00100-0142/21 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın surətindən görünür ki, Qobustan rayonu, Qobustan şəhəri Yeni Massivdə qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Müəyyən olundu ki, Şəxs MMC-yə xx xxxxxx 2021-ci il tarixdə saat 12:42-də X3 Gömrük idarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99XE036/99ZC036 nömrə nişanlı yük avtomaşını ilə plastik kütlədənpenopoliuretandan elastik təbəqələr yükü şirkətinə gətirilmiş, daxil olmuş malların **********8054 sorğu nömrəli xx xxxxxx 2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin malları gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Bas Gömrük idarəsindəX)**********054 sorğu nömrəli xx xxxxxx 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99XE036/99ZC036 nömrə nişanlı yük avtomaşını ilə xx xxxxxx 2021-ci il tarixil saat 12:42-də X3 Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx xxxxxx 2021-ci il tarixdə saat 13:13-də gömrük orqanına **********0367 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx xxxxxx 2021-ci il tarixdə saat 13:13-də gömrük orqanına **********0367 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Beləliklə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs MMC-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-20/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-20/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver