Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-20/2022 25.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1969-cu ildə Şamaxı rayonunda anadan olmuş, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi “VAZ-21063” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə 05 oktyabr 2021-ci il tarixdə saat 14:35-də Acıdərə-Sündü yolunun Qobustan rayonunun Çuxanlı kəndindən keçən hissəsində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 yüngül zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 05 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “VAZ 21 063” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avotmobillə Acıdərə-Sündü yolunun Qobustan rayon Çuxanlı kəndindən keçən hissəsində hərəkətdə olmuş, Qobustan rayon Çuxanlı kənd orta məktəbinə çatmağa az qalmış idarə etdiyi avtomobildən təxminən 50-60 metr qarşıda, ona nisbətdə yolun sol zolağında bir nəfər qadının iti addımlarla tələsik piyada Acıdərə istiqamətində hərəkət etdiyini görmüş, həmin vaxt idarə etdiyi avtomobilin surəti təxminən 40 km/saat olmuşdur. Piyada qadına çatmağa təxminən 2-3 metr qalmış, piyada sağ hərəkət zolağına tərəf qaçmış, cəld tormoz əyləcini basaraq, avtomobili sağa çəkmiş , lakin məsafədə az olduğu üçün qəzadan yayına bilməmişdir. Bundan sonra dərhal avtomobildən düşərək qadını avtomobilə qoyaraq, Şamaxı RMX-na aparmışdır. Həmin zaman sərxoş olmamış, hadisə ehtiyatsızlığı nəticəsində baş vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Qobustan rayonu Çuxanlı kənd bağçasında tərbiyəçi işləyir. 05 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Çuxanlı kəndində yerləşən evdən çıxıb, qızını məktəbdən götürmək üçün asfalt yolun sol tərəfi ilə hərəkətdə olan vaxt məktəbə çatmağa təxminən 15-20 metr qalmış, yolu məktəbə tərəf soldan sağa keçərkən yolu keçməyə təxminən 1-2 metr qalmış arxadan avtomobilin tormoz səsini eşitmiş, bundan sonra nə baş verdiyini xatırlamamışdır. Özünə gəldikdə isə Şamaxı RMX-da olduğunu görmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza 10 noyabr 2021-ci il tarixli 211 saylı ekspert rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü X2 almış olduğu xəsarətlər qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, sol almacıq nahiyəsinin qançırı, sol dirsək oynağı nahiyəsinin əzilmiş yarası bərk küt əşya(alət) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə 05.10.2021-ci il tarixdə piyada qismində yol keçən zaman avtomaşınla vurulması nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. Qobustan rayon polis şöbəsinin 27 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-20/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-20/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver