Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-201/2021 13.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Qovustan rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda X7 31 avqust 2021-ci il tarixdə Qobustan rayonunun “Son” adlanan ərazisində yerləşən “Qırmızı kafe” adlanan iaşə obyektində karantin rejimi qaydalarını pozduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Qobustan şəhəri 'Son adlanan ərazidə yerləşən atası Namiqə məxsus olan “Qırmızı kafe”ni təxminən 4 ildir ki, işlədir. O, gün ərzində həmin kafedə olan bütün işləri görür. 30 avqust 2021-ci il tarixdə hər gün olduğu kimi “Qırmızı Kafe”ni səhər saat 10 radələrində açmışdır. Həmin gün axşam saat 22 radələrində Hüseyn və Xəzər ilə kafedə söhbət etdikdən sonra 31 avqust 2021-ci il tarixdə saatın 00:00-u keçdiyini hiss etməmiş və kafeni bağlamaq ağlından çıxmışdır. Təxminən 30 dəqiqə sonra isə polis əməkdaşları kafeyə daxil olmuş və onları rayon polis şöbəsinə dəvət etmişdir. 31 avqust 2021-ci il tarixdə saat 00:00-dan sonra ölkə ərazisində tətbiq olunmuş karantin qaydalarını pozaraq Qobustan şəhər “Son” adlanan ərazidə yerləşən “Qırmızı Kafe” adlanan kafeni bağlamamış və müştəri qəbul etmişdir. Lakin həmin şəxslərlə qumar oyunu oynamamışdır və kafedən aşkar olunmuş oyun kartlarının kimə məxsus olduğunu bilmir. Hazırda əməlindən peşmandır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin 10 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətində göstərilir ki, X1, X11, X7, X8, X9, X3, X4, X5, X2 və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-201/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-201/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver