Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-204/2021 14.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında protokolda Şəxs 03 sentyabr 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində yaşadığı evin həyətində qardaşı X3 təhqir edərək onu döyməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Nabur kəndində anası və ailəsi ilə birlikdə yaşayır. Nabur kəndində qardaşı Cavidin işlətdiyi çayxanada qumar oynadıqları barədə polis şöbəsinə məlumat verdiyi üçün yatdığı yerdə Cavid onu armaturla vurduğuna görə Cavidlə mübahisə etmişdir. İİİ qrup əlildir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Qobustan rayonun Nabur kəndində çayxana işlədir. Həmin çayxana icra nümayəndəliyinin və bələdiyyə binalarının yanında yerləşir. Orada qumar oynanılması mümkün deyildir. Camili vurmamışdır. Əksinə Camil onu vuraraq xəsarət yetirmişdir. İşdə olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 sentyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, X5 və X1 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, lakin X5 barəsində Azərbaycan Respbulikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada təbdir görülməsi üçün Qobustan rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Qobustan rayon MTE-a və PAB-nin 154 saylı rəyində X1 almış olduğu xəsarətlər-başın alın təpə nahiyyəsinin sıyrığı küt əşya təsirindən törənməklə 03 sentyabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən dava-dalaş nəticəsində yetirilməsi mümkündür. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə X5 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 30 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-204/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-204/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver