Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-205/2024 21.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qzının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 21 iyun 2024-cü il tarixdə Qobustan şəhərində küçədə ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 20 iyun 2024-cü il tarixdə Qobustan şəhərində yerləşən “Qırmızı kafe” adlanan kafeyə getmiş və pivə içmək istəmişlər. Həmin kafeni işlədən Ruslan Mövləmov işçiyə “onların stoluna pivə vermə” dediyinə görə onunla aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Ruslana “bizim pulumuz pul deyil” demiş, Ruslan isə ona “sizə pivə satmıram” deyərək kafeni tərk etməklərini bildirdiyinə görə kafedən çıxmışlar. Zərərçəkmiş şəxs X4 ifadə verərək göstərdi ki, Qobustan şəhərində yerləşən “Qırmızı kafe” adlanan kafeni işlədir. 20 iyun 2024-cü il tarixdə Şəxs həmin kafeyə gələrək ona qarşı nalayiq sözlər işlədərək onu təhqir etmişdir. O, isə Şəxs söyməmişdir. X1 izahat verərək göstərdi ki, 20 iyun 2024-cü il tarixdə Şəxs ilə birlikdə X2 işlətdiyi Qırmızı kafeyə getmişlər. Rüstəm kafeni işlədən Ruslan Mövlamovu nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 21 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-205/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-205/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver