Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-207/2020 21.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X3, X4, X1, Hüseynov Bayram Rövşən oğlu və X5 iştirakları ilə, xx xxxxx 1980-ci ildə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbqədim kəndində ucadan səs-küy salaraq polis işçilərinə müqavimət göstərərək qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmiş, onların avtomobilini aşırmağa çalışmışdır. Əməlindən peşman deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı Qobustan rayonunun Ərəbqədim kəndində həyətində olarkən küçədən keçən avtomaşının çox sürətlə idarə olunduğunu görüb küçəyə çıxmış və həmin avtomaşında polis əməkdaşlarını görüb avtomobilin sürətini azaltmasını və az qala uşağını vuracağını demişdir. Polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlara qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X4 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə xidmətdə olarkənƏrəbqədim kəndi ərazisindəki “Gicəki” adlanan yerdə torpağın üst münbit qatını qanunsuz olaraq **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə yığdıqlarını görüb onlara yaxınlaşmışlar, lakin həmin adamlar onları görən kimi avtomobildəki torpağı yerə boşaldaraq uşaqlaşmışlar. Şəxs polis avtomaşınının qarşısını kəsərək ucadan nalayiq söyüşlər söymüş, orada olan polis işçilərinin qanuni tələblərinə tabe olmamışdır. Polis avtomaşınını aşırmağa çalışmış, lakin ona imkan verilməmişdir. Polis şöbəsinə zəng vuraraq kömək istəmiş və gələn polis əməkdaşları ilə birlikdə Ərəbqədim kəndinə getmişlər. Kəndə çatanda isə bir qrup kənd sakinləri onların xidməti avtomaşınlarına təpik vuraraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin sahə rəisi Hüseynov Bayram Rövşən izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinin növbətçi hissəsindən verilən məlumatla əlaqədar bir neçə polis əməkdaşı ilə birlikdə Qobustan rayonunun Ərəbqədim kəndinə getmişlər, kəndə çatan zaman bir qrup kənd sakinləri onlara yaxınlaşaraq onlarla mübahisə etmiş və YPX-nin və PPX-nin xidməti avtomobillərinin qarşısını kəsərək xidmətlərinə mane olmuşlar. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşlarıX3, X1 və X2 Hacıbaba Rasim oğlu və Hüseynov Bayram Rövşən oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Z.M. Mahmudov Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşdə olan Qobustan rayon polis şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati qaydada xx xxxxxxx 2020-ci il tarixdə saat 20:41 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesab edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-207/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-207/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver