Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-207/2021 15.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, 29 aprel 1995-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Cəngi kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 25 avqust 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Cəngi kəndində aralarında yaranmış mübahisə zamanı arvadı X3 döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Alpaşayeva Məngülə onun arvadıdır, 4 ildir ailəlidir. Ailəli olduğu müddət ərzində dəfələrlə aralarında mübahisələr olmuşdur. Bir neçə gündür ki, Məngülə evdən çıxaraq öz atasının yanına getmiş və atası ilə yaşamağa başlamışdır. 25 avqust 2021-ci il tarixdə arvadı Məngülə Cəngi kəndinə gələrək onun evində olan cehiz əşyalarını aparmaq istədiyini demişdir. Onlar razılaşmış və ancaq Məngülənin yox ata və anasının evə girib mebelləri aparmasının lazım olduğunu ona bildirmişdir. O və onun ailəsi Məngülənin avadanlıqları aparmasına heç bir etiraz etməmiş və əksinə həmin şəxslərə köməklik etmişdir. Bir qədər sonra isə Məngülə və atası Mürvətalı evdə səs-küy yaratmağa başlamışdır və Mürvətalı hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Məngüləyə qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Nicat Şıxəliyev onun əridir, 4 ildir Nicatla ailəlidir və bir övladı var. Ailəli olduğu müddət ərzində daima aralarında söz söhbətlər olmuşdur. O, təxminən 10 gündür atasının evində qalır. Lakin bütün əşya və avadanlıqları Qobustan rayon Cəngi qəsəbəsində yerləşən evində qalmışdır. 25 avqust 2021-ci il tarixdə o və atası Qobustan rayon Cəngi kəndində olan evinə getmiş və orada yerləşən avadanlıqlarını gətirməyə başlamışdır. Lakin bu vaxt əri Nicatın ailəsi ilə aralarında mübahisə yaranmışdır. Evdə o, öz avadanlıqlarını götürməyə çalışarkən Nicat onun sol qolundan yumruqla vuraraq otaqdan çıxmağını istəmişdir. O, otaqdan çıxmadığına görə başının arxasından sillə ilə zərbə vurmuş, bu vaxt Nicatın atası Quli isə onu itələmiş,o divana dəymiş və xəsarət almışdır. X1 izahatında göstərdi ki, Məngülə qızı, Nicat qızının əridir. Ailəli olduqları müddət ərzində daima aralarında söz söhbət olmuşdur. Bu səbəbdən də qızı Məngülə onun evinə gələrək orada yaşayır. 25 avqust 2021-ci il tarixdə o və qızı Qulinin evində Məngüləyə məxsus olan avadanlıqları gətirmək üçün Qobustan rayon Cəngi qəsəbəsinə getmişlər. Onlar həmin yerə çatdıqdan sonra yük avadanlıqlarının götürülməsi səbəbindən Nicatın ailəsi ilə aralarında mübahisə yaranmışdır. Nicat və ailəsi onların avadanlıqlarını tam şəkildə onlara verməmişdir. O və qızı isə həmin avadanlıqları tam olaraq götürmək istəmişdir. Mübahisənin böyüməsinin qarşısını almaq üçün o polisə məlumat vermişdir. Qızı Məngülənin kim tərəfindən döyülməsini görməmiş, lakin qızının dediyinə görə əri Nicat onu uymruqla vurmuş, Quli isə itələyib yıxmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 11 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X7 və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 11 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının verdiyi 146 saylı rəyə əsasən X2 məhkəmə tibbi müayinəsi zamanı başın ənsə və bazu nahiyyələrinin qançırları bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti 25 avqust 2021-ci il tarixə uyğundur. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs Quli oğlu barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Quli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-207/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-207/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver