Məhkəmə qərarları › İş №3(026)-207/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-207/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-207/2023 11.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1982-ci ildə Şamaxı rayonu Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Sündü kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 11 iyul 2023-cü il tarixdə Qobustan rayonu Sündü kəndində pul ilə qumar oynadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 11 iyun 2023-cü il tarixdə Qobustan rayonunun sundu kəndi ərazisində Rəmzi Şükürov adlı həmkəndlisinin övladının toy axşamı məclisində olmuşdur. Həmin axşam saat 23 radələrində İslam, İlqar və Rahimlə birlikdə 20 qəpikdən yer atıb kartla oyun oynamağa başlamışlar. Yerdə 2-3 manat pul olmuşdur. Bir neçə dəqiqədən sonra Qobustan rayon polis şöbəsinin əməkdaşları oynadıqları yerə gələrək onları Qobustan rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Əməlindən peşmandır. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 21 iyun 2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Qobustan rayon polis şöbəsinin CAB-in əməliyyat müvəkkili Şahlar Qurbanovun raportu əsasın toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilsin. Qobustan rayon Sündü kənd sakinləri X1, X2, X3 və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verildiyindən tədbir görülməsi üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatım dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar