Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-209/2024 25.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 iyun 2024-cü il tarixdə idarə etdiyi VAZ-21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunun Nabur kəndində X2 məxsus 4 ədəd ev quşunu (qaz) vuraraq öldürmüşdür. Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 13 iyun 2024-cü il tarixdə idarə etdiyi VAZ-21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunun Nabur kəndində küçə ticarəti ilə məşğul olan zaman küçədə qarşısına 4 ədəd qaz çıxmışdır. Avtomaşını saxlaya bilmədiyinə görə həmin qazları avtomaşınla vurub öldürmüşdür. Avtomaşını yolun kənarında saxlayaraq küçədən keçən iki nəfər şəxsdən qazların sahibını tapmaqda ona köməklik göstərmələrini xahiş etmişdir. Qazların sahibi X3 onun yanına gəlmiş və o Məhəmmədə qazlarını alıb verməsini və ya qazların pulunu vermək istədiyi təklif etmiş, Məhəmməd Hacıyev isə ona qazlarını alıb verməsini bildirmişdir. Yaxın müddətdə qazları alıb verəcəyinə söz vermişdir. Avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, yaşadığı Qobustan rayonunun Nabur kəndində evinin küçə qapısı açıq olduğu üçün həyətində olan ev quşları küçəyə çıxmış və həmin zaman küçədə meyvə-tərəvəz satan Qobustan rayonunun Təklə kənd sakini Şəxs idarə etdiyi VAZ-21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus qazlardan 4 ədədini vurub öldürmüşdür. Kamil ona qazlarını alıb verməyi və ya qazların pulunu verməyi təklif etmiş, o, isə qazlarının alınıb verilməsini bildirmişdir. Şəxs ona yaxın günlərdə qazlarını alıb gətirəcəyini desə də, hazırkı vaxta kimi qazları alıb verməmişdir, Kamil onu hədələyərək bir daha onu narahat etməməsini bildirmiş, ondan şikayət edəcəyini demişdir. Ziyanın ödənilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə törədilmiş inzibati xəta Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olduğuna görə baxılması üçün Qobustan rayon polis şöbəsinə göndərilməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini, eləcə də vurulmuş ziyanı ödəməməsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə törədilmiş inzibati xəta Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olduğuna görə baxılması üçün Qobustan rayon polis şöbəsinə göndərilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətində həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-209/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-209/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver