Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-210/2020 21.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X4, X7, X2, Hüseynov Bayram Rövşən oğlu və X8 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda X1 xx xxxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbqədim kəndində mərkəzi yolu kəsərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı və nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı Qobustan rayonunun Ərəbqədim kəndində olan zaman yolun kənarında səs-küy gəldiyini eşidib ora getmiş və kənd camaatının polis əməkdaşları ilə mübahisə etdiklərini görmüş və onlara qoşularaq polis əməkdaşları ilə mübahisə edərək polis əməkdaşlarına tabe olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X7 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən Ərəbqədim kəndi ərazisindəki “Gicəki” adlanan yerdə torpağın üst münbit qatını qanunsuz olaraq **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə yığdıqlarını görüb onlara yaxınlaşmışlar, lakin həmin adamlar onları görən kimi avtomobildəki torpağı yerə boşaldaraq uzaqlaşmışlar. Polis şöbəsinə zəng vuraraq kömək istəmiş və gələn polis əməkdaşları ilə birlikdə Ərəbqədim kəndinə getmişlər. Kəndə çatanda isə bir qrup kənd sakinləri ilə birlikdə Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ucadan nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşlarıX4, X2, Hüseynov Bayram Rövşən oğlu və X3 Hacıbaba Rasim oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, İ.Q. Əhlimanov Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını,ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-210/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-210/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver