Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-210/2023 28.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Mirələm Qoçu oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Sumqayıt şəhəri X1 Şöbəsinin Şəxs barəsində 04 iyul 2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri X1 Şöbəsinin Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqında 04 iyul 2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Sumqayıt şəhəri Sahil küçəsində saxlanılarkən alkotest vasitəsi ilə yoxlanılmış, sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 04 iyul 2023 il tarixdə səhər saatlarında işə gedərkən Sumqayıt YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və ondan sənəd tələb olunmuşdur. Tələb olunan sənədləri polis əməkdaşlarına vermişdir. Həmin vaxtı ondan spirtli içki iyi gəldiyini demişlər. O, isə spirtli içki içmədiyi və onu həkim müayinəsinə aparılmasını xahiş etsə də, onu xəstəxanaya deyil, Sumqayıt DYP idarəsinə aparmışlar. Müayinə üçün xəstəxanaya aparılmasını gözləsə də aparmadıqlarını görüb özü Sumqayıt şəhərində narkoloji dispanserə gedib həkim müayinəsindən keçmiş və müayinə zamanı alkoqollu içki qəbul etmədiyi müəyyən olunmuş, bu barədə rəy verilmişdir. R. Xanputayev Vəsatət verərək yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir. Ona görə də barəsində tərtib olunmuş Sumqayıt şəhəri X1 Şöbəsinin 04 iyul 2023-cü il tarixli AP ******* saylı inzibati işin icratına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Sumqayıt narkoloji dispanserinin 04 iyul 2023-cü il tarixli “nəqliyyat vasitələrini idarə edən şəxsin vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavəyə əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 3870 saylı aktında göstərilir ki, Şəxs 04 iyul 2023-cü il tarixdə alkoqol sərxoşluq vəziyyəti yoxdur. Həmin aktda sərxoşluğun müəyyən edilməsi saat 10:40-da aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqında icraat aparılan şəxs Şəxs izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan 04 iyul 2023-cü il tarixli “nəqliyyat vasitələrini idarə edən şəxsin vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavəyə əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 3870 saylı aktında Şəxs 04 iyul 2023-cü il tarixdə alkoqol sərxoşluq müəyyən olunmamışdır. Həmin aktda sərxoşluğun müəyyən edilməsi saat 10:40-da aparılmışdır. Şəxs yaşadığı yer üzrə baxılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunun bu tələbinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati işin icraatına inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-210/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-210/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver