Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-211/2020 21.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X3, X5, X1, Hüseynov Bayram Rövşən oğlu və X6 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbqədim kəndində ucadan səs-küy salaraq polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığı və nalayiq ifadələr işlətdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı Qobustan rayonunun Ərəbqədim kəndində olan zaman polis əməkdaşlarının kəndin mərkəzi küçəsində avtomobili yüksək sürətlə hərəkət etdirdiklərini görüb küçəyə çıxıb polis əməkdaşlarının qarşısını kəsmiş, onların xidməti avtomaşınlarına yumruq vurmamışdır. Lakin polis işçilərinə qarşı nalayiq ifadələr işlətmiş, onlara tabe olmamışdır. Əməlindən peşman deyil. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin serjantı X5 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən Qobustan rayon polis şöbəsinin növbətçi hissəsindən verilən məlumatla əlaqədar bir neçə polis əməkdaşı ilə birlikdə Qobustan rayonunun Ərəbqədim kəndinə getmişlər, kəndə çatan zaman bir qrup kənd sakinləri onlara yaxınlaşaraq onlarla mübahisə etmiş və YPX-nin və PPX-nin xidməti avtomobillərinin qarşısını kəsmiş, xidmətlərinə mane olmuşlar. Şəxs onların hadisəni video lentə almasına etiraz edərək polis işçilərinə qarşı müqavimət göstərərək onlara tabe olmamış, nalayiq sözlər işlədərək vətəndaşları onların üzərinə qaldırmış, xırda xuliqanlıq hərəkətləri etmişdir. O, Ərəbqədim kəndi ərazisindəki “Gicəki” adlanan yerdə torpağın üst münbit qatını qanunsuz olaraq **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə yığaraq qaçmasına kənd sakinləri ilə birlikdə şərait yaratmış, avtomobilin sürücüsü avtomobildə olan torpağı yerə boşaldaraq hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşlarıX3, X1, Hüseynov Bayram Rövşən oğlu və X2 Hacıbaba Rasim oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, R. Ə. Süleymanov Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-211/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-211/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver