Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-211/2023 18.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 17 iyul 2023-cü il tarixdən Qobustan şəhərində ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan şəhərində bir neçə şəxsdən Nasir adlı şəxsə Rəcəb Muradov tərəfindən qeyri-etik hərəkətlər edilməsini eşitmiş, bundan sonra 17 iyul 2023-cü il tarixdə “Nərimankənd dairəsi” ətrafında Rəcəb Muradovu görüb bu barədə söhbət etmiş və söhbətləri mübahisəyə çevrilmiş və bir-birlərini söymüşlər. Həmin zaman ətrafda olan polis əməkdaşları onları görüb yaxınlaşaraq onları nizam-intizama dəvət etmişlər. Onlar isə əsəbi olduqları üçün polisin qanuni tələbinə tabe olmamışlar. Polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, 17 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində “Nərimankənd dairəsi” ətrafında iki nəfər şəxsin mübahisə etdiyini görüb onlara yaxınlaşmış, həmin şəxslərin Qobustan şəhər sakinləri X5 və Şəxs olduğunu müəyyən etdikdən sonra onları nizam-intizama dəvət etmişlər. Lakin onlar polisin qanuni tələbinə tabe olmamışlar. Həmin şəxsləri Qobustan rayon polis şöbəsinə aparmışlar. X2 izahatında göstərmişdir ki, 17 iyul 2023-cü il tarixdə Qobustan şəhərinin “Nərimankənd dairəsi” ətrafında Qobustan şəhər sakinləri X5 və Şəxs mübahisə edərək bir-birilərini söydüklərini görmüşdür. Həmin zaman ətrafda olan polis əməkdaşları onlara yaxınlaşıb və onları nizam-intizama dəvət etdilər. Lakin həmin şəxslər polisin qanuni tələbinə tabe olmadılar. Polis əməkdaşları hər iki şəxsi Qobustan rayon polis şöbəsinə aparmışlar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, polis əməkdaşının və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-211/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-211/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver