Məhkəmə qərarları › İş №3(026)-212/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-212/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-212/2020 03.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X8 X6 rəisi X2 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi Mahmudov Şövqi Mürvət oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X8 X4 daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X8 X9 tərəfindən Qobustan rayonu Bakı-Şamaxı yolunun 97-ci km-də yerləşən “Qobuland Hotel”-in və 1 ədəd bilbordun üzərində 2019-2020-ci illərdə açıq məkanda qanunsuz reklam yayımlanması göstərilərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Qobustan Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X8 X6 rəisi X5 izahatında göstərdi ki, Qobustan rayonu Bakı-Şamaxı yolunun 97-ci km-də yerləşən “Qobuland Hotel”-in və 1 ədəd bilbordun üzərində 2019-2020-ci illərdə açıq məkanda qanunsuz reklam yayımlanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs tərəfindən reklam yayımlanmasına dair qanuni icazə alınmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi Mahmudov Şövqi Mürvət oğlu izahatında göstərdi ki, Qobustan rayonu Bakı-Şamaxı yolunun 97-ci km-də yerləşən “Qobuland Hotel”-in və Bakı-Şamaxı-Yevlax yolunun müxtəlif yerlərində 4 ədəd bilbordun üzrəində 2019-2020-ci illərdə açıq məkanda qanunsuz reklam yayımlanmışdır. Həmin reklamların 3 ədədini sökmüşlər, lakin 1 ədəd reklam çox hündürə vurulduğundan onu sökə bilməmişlər. Bir neçə aydır ki, pandemiya ilə əlaqədar “Qobuland Hotel” işləmir, ona görə də reklamı sökməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X8 X6 xx xxxx 2020-ci il tarixli 000690 saylı göstərişin surətindən görünür ki, Şəxs “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci bəndinə əsasən reklam yayılması üçün müvafiq qurumdan icazə almalı olduğu halda, icazə almamış və hal-hazıra kimi qanunsuz reklam yayılmasını davam etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X8 X6 xx xxxxxxx 2020-ci il tarixli 045 saylı baxış aktının surətindən surətindən görünür ki, Şəxs qanunsuz reklamın aradan qaldırılması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X8 X6 rəisi X5, idarənin elektrik nəzarət şöbəsinin müfəttişi X7 və X1 iştirakı ilə xx xxxxxxx 2020-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, Bakı-Şamaxı yolunun 97-ci km-də yerləşən “Qobuland Hotel” obyekti üzərində və bir ədəd bilbord üzərində “Qobuland Hotel”-in VÖEN daşıyıcısı Şəxs tərəfindən müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması həyata keçirilmiş, bu barədə dəfələrlə xəbərdarlıq edilmiş və barəsində xx xxxx 2020-ci tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan internet vergi idarəsinin çıxarışının surətindən görünür ki, Şəxs ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət X8 X6 rəisi X2 və vəzifəli şəxs Şəxs nümayəndəsi Mahmudov Şövqi Mürvət oğlunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati qaydada təqsirli bilinib 1500 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar