Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-213/2023 18.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 23 sentyabr 2021-ci il tarixli protokolda göstərilir ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(001)-4148/2020 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(001)-4148/2020 saylı icra sənədinə əsasən Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment və Aminin yetkinlik yaşına çatanadək xəstəliyinin müalicəsi üçün 50 manat pulun tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 3179 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 3(026)-223/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində həbs edilmişdir. Bundan sonra bir müddət aliment ödəsə də, sonralar aliment ödəməkdən yayınmışdır. Qobustan rayon məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 8(026)-22/2021-ci il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon icra və probasiya şöbəsinin 07 aprel 2023-cü il tarixli qərarı ilə Şəxs məcburi gətirilməsi bildirilmiş və həmin şöbənin 14 iyun 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(001)-4148/2020 saylı icra sənədinə əsasən ondan hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutulub X1 verilsinə dair icra vərəqəsi üzrə bu günə 3179 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 avqust 2020ci il tarixli 2(001)-4148/2020 saylı icra sənədindən görünür ki, Şəxs 20 iyul 2020-ci il tarixdən başlayaraq 27 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və Aminin xəstəliyinin müalicəsi üçün 50 manat pulun tutulub X1 verilməsi qət edilmişdir. Qobustan rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 3(026)-223/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 8(026)-22/2021-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon icra və probasiya şöbəsinin 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, Şəxs məcburi gətirilməsi bildirilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 18 iyul 2023-cü il tarixdən hesab edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-213/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-213/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver