Məhkəmə qərarları › İş №3(026)-214/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-214/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-214/2023 24.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1997-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan X4 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş ******* saylı protokolda X1 16 may 2023cü il tarixdə Qobustan rayonunun Nabur kəndində həyat yoldaşı X2 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirdi ki, Aytac onun arvadıdır. 16 may 2023-cü il tarixdə yaşadıqları Nabur kəndindəki evlərində olarkən Aytacla aralarında mübahisə yaranmış, Aytac ona aqressiv cavab qaytardığına görə onu özündən uzaqlaşdırmaq məqəsidə Aytacın boğaz nahiyyəsindən tutaraq onu itələmişdir. Sonra isə əsəblərinə hakim olaraq onun boğazını buraxmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, X4 onun əridir. 16 may 2023-cü il tarixdə Mirvan onunla aralarında yaranmış şəxsi münasibətlər zəminində onun boğazından tutub vurmuşdur. Hazırda Mirvandan şikayətçidir. Onunla barışmır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 15 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Qobustan rayon Nabur kənd sakini X3 müraciəti əsasında toplanmış materialda X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 15 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 06 iyun 2023-cü il tarixli 70 nömrəli rəyindən görünür ki, X3 məhkəmə tibbi ekspertizası zamanı bədənində heç bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar