Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-215/2020 12.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhəri Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsi ilə 00100- 2226/20 saylı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhəri Gömrük İdarəsindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibatı xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC Belarusdan WZY22008/9SY07E nömrə nişanlı yük avtomaşınında xx xxxxxxx 2020-ci il tarixdə saat 10:32-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük idarəsinə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7310 saylı sorğu nömrəli xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:40-da **********4876 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs MMC tərəfindən gömrük ünvanına göndərilmiş mallar WZY22008/9SY07E nömrə nişanlı yük avtomaşınında (9SY07E nömrəli qoşqu) daxil olmuş, **********7310 sorğu nömrəli xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi WZY22008/9SY07E nömrə (9SY07E nömrəli qoşqu) bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********4876 sorğu nömrəli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi WZY22008/1SF5920 (1SF5920 nömrəli qoşqu) qeyd edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Belarusdan mallar Şəxs MMC-in ünvanına faktiki olaraq 9SY07E nömrəli qoşquda daxil olsa da, həmin mallara dair tərtib edilmiş və gömrük orqanına verilmiş **********4876 sorğu nömrəli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin qoşqu nömrəsi 1SF5920 qeyd edilmiş, bununla da Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhvil olunmuş və məlumat verilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta törədən hüquqi şəxs Şəxs MMC-nin bu əməli iş üzrə toplanmış materiallarla təsdiq olunur. İş materiallarında olan Şəxs MMC-nin direktoru X1 izahatından görünür ki, X2 izahat verərək göstərmişdir ki, o, Qobustan ravonıu, Qobustan şəhəri, Yeni Massiv ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin direktorudur. "Şəxs" MMC-nin ünvanına xx xxxxxxx 2020-ci il tarixdə Belarusdan WZY22008/9SY07E nömrə nişanlı yük avtomaşınında divar kağızları yükü daxil olmuşdur. Həmin mallar Bakı Baş Gömrük İdarəsində **********7310 sorğu nömrəli xx.xx-2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin mallara dair **********4876 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsi tərtib edilmiş və gömrük orqanına verilmişdir. **********4876 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsi ilə göndərilmiş mal-müşayiət sənədləri əsasında tərtib edilmiş, göndərilən CMR sənədində nəqliyyat vasitəsinin qoşqu nömrəsi 1SF5920 qevd edildiyindən sözügedən qısa idxal bəyannaməsində də həmin nömrə göstərilmişdir. Mallar faktiki olaraq 9SY07E nömrəli qoşquda daxil olmuşdur. Lakin, nəqliyyat şirkəti tərəfindən tərtib edilmiş CMR sənədində nəqliyyat vasitəsinin qoşqu nömrəsi 9SY07E əvəzinə səhvən 1SF5920 qevd edilmişdir. Bu səbəbdən də, mallara dair tərtib edilmiş **********4876 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsində səhvən qoşqu nömrəsi 1SF5920 göstərilmişdir. Gömrük qaydalarının pozulduğunu etiraf edərək qanunla nəzərdə tutulmuş qaydada cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********4876 saylı qısa idxal bəyannaməsindən aydın olur ki, Belarusdan WZY22008/9SY07Enömrə nişanlı yük avtomaşınında üzərində vinil hopturulmuş filizelin əsasında 9xx xxxxxx 7226 ədəd divar kağızları Şəxs MMC şirkətinə gətirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 00100-2226/20 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın surətindən görünür ki, Qobustan rayonu, Qobustan şəhəri Yeni Massivdə qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Müəyyən olundu ki, Şəxs MMC-yə xx xxxxxxx 2020-ci il tarixdə Belarusdan WZY22008/9SY07E nömrə nişanlı yük avtomaşınında divar kağızları yükü daxil olmuşdur. Həmin mallar Bakı Baş Gömrük İdarəsində **********7310 sorğu nömrəli xx.xx-2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin mallara dair **********4876 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsi tərtib edilmiş və gömrük orqanına verilmişdir. **********4876 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsi ilə göndərilmiş mal-müşayiət sənədləri əsasında tərtib edilmiş, göndərilən CMR sənədində nəqliyyat vasitəsinin qoşqu nömrəsi 1SF5920 qevd edildiyindən sözügedən qısa idxal bəyannaməsində də həmin nömrə göstərilmişdir. Mallar faktiki olaraq 9SY07E nömrəli qoşquda daxil olmuşdur. Lakin, nəqliyyat şirkəti tərəfindən tərtib edilmiş CMR sənədində nəqliyyat vasitəsinin qoşqu nömrəsi 9SY07E əvəzinə 1SF5920 qevd edilmişdir. Bu səbəbdən də, mallara dair tərtib edilmiş **********4876 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsində qoşqu nömrəsi 1SF5920 göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs MMC-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114- 117,128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-215/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-215/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver