Məhkəmə qərarları › İş №3(026)-215/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-215/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-215/2021 17.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəni oğlunun iştirakı ilə, 16 avqust 1988-ci ildə Şamaxı rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs Qəni oğlu barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Qəni oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Qəni oğlunun 17 sentyabr 2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəni oğlu izahatında bildirdi ki, 17 sentyabr 2021-ci il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində olarkən Qobustan rayon polis əməkdaşları ona yaxınlaşıb Poladlı kəndində baş vermiş hadisə ilə əlaqədar onun polis şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxtı əsəbi olduğundan ünvansız söyüşlər söyərək polis şöbəsinə getmək istəməmişdir. Lakin polis əməkdaşları onu polisin xidməti avtomaşınına mindirib şöbəyə aparmışlar. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, 17 sentyabr 2021-ci il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində xidmətdə olduğu zaman Qobustan rayon polis şöbəsinin icraatında olan araşdırma ilə əlaqədar “SON” adlanan ərazidə Qobustan rayonunun Poladlı kənd sakini Şəxs Qəni oğlunu görüb onu polis şöbəsinə dəvət etsələr də, Valid onların qanuni tələblərinə tabe olmayaraq, öz kobud hərəkətlərini davam etdirmişdir. Onunla birlikdə xidmətdə olan bir neçə polis əməkdaşı ilə birlikdə Şəxs polisin xidməti avtomaşınına mindirib Qobustan rayon polis şöbəsinə aparmışlar. X2 və X4 şahid X1 izahatına uyğun izahat verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qəni oğlunun və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Qəni oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəni oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Şəxs Qəni oğluna inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Qəni oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar