Məhkəmə qərarları › İş №3(026)-215/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-215/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-215/2023 24.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və protokolu tərtib etmiş şəxs X4 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Qobustan rayonu Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çalov kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 22 iyul 2023-cü il tarixdə saat 21 radələrində polisin qanuni tələbini icra etməyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 22 iyul 2023-cü il tarixdə dəvətli olduğu üçün saat 18 radələrində Qobustan şəhərində yerləşən “SEYMUR” şadlıq sarayında toyda iştirak etmiş və orada spirtli içki qəbul etmişdir. Toy məclisində iştirak etdikdən sonra təxminən saat 22 darələrində toy məclisindən çıxıb yaşadığı evə getmək istəyərkən ayağı ilişdiyindən yerə yıxılmışdır. Bu zaman ünvansız söyüş söymüşdür. Yaxınlıqda olan polis əməkdaşları ona yaxınlaşaraq nalayiq ifadələr işlətdiyini ona irad tutaraq ona polisin xidməti avtomaşınına əyləşməsini bildirdilər. O da sərxoş vəziyyətdə olduğuna görə polislərin tələblərinə tabe olmayaraq avtomaşına əyləşməkdən imtina etmişdir. Polis əməkdaşları isə onu avtomaşına əyləşdirib polis şöbəsinə gətirmişlər. Qobustan rayon polis şöbəsinin əməkdaşı X7 izahatında göstərdi ki, 22 iyul 2023-cü il tarixdə saat 22:00 radələrində bir neçə polis əməkdaşları ilə birlikdə Qobustan şəhərində xidmət apararkən Qobustan şəhərində yerləşən “SEYMUR” şadlıq sarayının qarşısında bir-neçə şəxsin toplaşdığını görüb ora yaxınlaşmışlar. Həmin vaxtı Qobustan rayonunun Çalov kənd sakini Şəxs sərxoş vəziyyətdə ünvansız söyüş söydüyünü eşidib onu nizamintizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları isə onu avtomaşına əyləşdirib polis şöbəsinə gətirmişlər. X1 izahat verərək göstərdi ki, 22 iyul 2023-cü il tarixdə saat 22:00 radələrində polis əməkdaşları ilə birlikdə Qobustan şəhərində xidmət apararkən Qobustan şəhərində yerləşən “SEYMUR” şadlıq sarayının qarşısında bir-neçə şəxsin toplaşdığını görüb ora yaxınlaşmışlar. Orada olan Şəxs sərxoş vəziyyətdə ünvansız söyüş söydüyünü eşidib ona özlərini təqdim edərək Surəti nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs polisin xidməti avtomaşınına mindirərək polis şöbəsinə aparmşlar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, polis əməkdaşının və şahidlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün X5 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar