Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-215/2024 28.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1982-ci ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda Şəxs 23 may 2024-cü il tarixdə Qobustan rayonunun Acıdərə adlanan ərazisində “VAZ 2107 markalı ** NB *** dövlət qeydiyyat nişanlı maşınla X3 məxsus heyvanı qəsdən vuraraq ona maddi ziyan vurduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Asif Binyətov həmkəndlisidir. Münasibətləri daima pis olmuşdur və hal hazırda həmin şəxslə danışmır. Asif özünə məxsus olan xırdabuynuzlu heyvanları daima Acıdərə adlanan ərazidə yolun ortasında saxlayır. Hər nə qədər ona irad bildirsə də heç vaxt Asif bu əməllərini sonlandırmamışdır. 23 may 2024-cü il tarixdə saat 15 radələrində o, Təklə kəndindən Acıdərə adlanan yerdə olan fermasına özünün idarə etdiyi VAZ 2107 markalı **-NA-*** dövlət nömrə nişanlı avtomobil ilə gələrkən yenə də Asif Binyətov xırdabuynuzlu heyvanlarını yolun ortasında saxlamışdır. O da evinə getmək üçün həmin yoldan keçməyə məcbur olmuşdur. O, heyvanların arasına girdikdə heyvanlar birbir kənara çəkilmişdir. Lakin onun da xəbəri olmadan heyvanlardan biri avtomobilin altında qalmışdır. O, irəli sürdükdə nəsə səs gəldiyini eşitmişdir. Avtomobildən aşağı enmiş və avomobilin altında bir baş xırdabuynuzlu heyvanın olduğunu görmüşdür. Lakin heyvan sağ olmuş, sadəcə ayaqlarından biri xəsarət almışdır. O da oradan çıxıb evinə getmişdir. Zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs həmkəndlisidir. Münasibətləri daima pis olmuşdur və hal hazırda həmin şəxslə danışmır. Qobustan rayonu Acıdərə adlanan ərazidə təsərrüfatla məşğul olur. 23 may 2024-cü il tarixdə saat 10 radələrində ona məxsus olan xırdabuynuzlu heyvanları Acıdərə adlanan ərazidəki fermaya gətirmişdir. Həmin vaxtı Şəxs idarə etdiyi VAZ 2107 markalı avtomobillə ona məxsus xırda buynuzlu heyvanların içərisinə girmiş və xırda buynuzlu heyvanlardan 1 baş, 6 yaşlı 32 kilo diri çəkisi olan xırdabuynuzlu heyvan avtomaşının altında qalaraq əzilmiş və nəticədə ona 300 manat maddi ziyan vurulmuşdur. Vurulmuş ziyan ödənilməmişdir. Qobustan rayon polis şöbəsinin TQ-in 04 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X2 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, 23 may 2024-cü il tarixdə saat 10 radələrində Qobustan rayonu Acıdərə kəndində Qobustan rayonu Təklə kənd sakini Şəxs idarə etdiyi VAZ-2107 markalı **-NA-*** dövlət nömrə nişanlı avtomobillə həmkəndlisi X3 məxsus olan 1 baş xırdabuynuzlu heyvanı qəsdən vuraraq sonuncuya 256 manat maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qobustan X5 Mərkəzinin 31 may 2024-cü il tarixli 3-22-3-37/3-4/2024 saylı arayışında göstərilir ki, Qobustan rayonunun Təklə kənd sakini X3 məxsus 1 baş 6 yaşlı 32 kq diri çəkidə olan xırda buynuzlu heyvanın hazırkı bazar dəyəri 1 kq üçün 8 manat dəyərində hesablanmaqla 32 kq diri çəki x 8 manat = 256 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-215/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-215/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver