Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-216/2020 29.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, zərərçəkmiş şəxs Ağayeva Könül Xanalı qızının iştirakı ilə, xx xxx 1982-ci ildə Şamaxı rayonunun Təklə-Mitzəbaba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan X1 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda X1 xx xxxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində keçmiş həyat yoldaşı Ağayeva Könül Xanalı qızını söyüb təhqir edərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahat verərək bildirdi ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayır. Keçmiş həyat yoldaşı Ağayeva Könül Xanalı qızı uşaqları ilə bərabər ona məxsus evdə yaşayırlar. Könül uşaqlarını ona göstərmir, onun evdə yaşamasına imkan vermir. Hər dəfə uşaqlarını görməyə gedəndə Könül DİN-nin 102 xidmətinə zəng edərək ona şər və böhtan atır. xx xxxxxxx 2020-ci il tarixdə də həyətdə uçan hasarı düzəltmək üçün getmişdir. Könülü Narahat etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ağayeva Könül Xanalı qızı izahatında göstərdi ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində əri Xalıq Hüseyinovla birgə nikah dövründə tikdirdikləri evdə uşaqları ilə birlikdə yaşayır. Xalıq Mütəmadi olaraq içkili vəziyyətdə onlara gəlib onu narahat edir, söyür, uşaqlarının alimentini ödəmir. Ona görə də Xalıq Hüseyinovun hərəkətlərindən DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. İnzibati xəta törədən şəxs X1 bu əməli zərərçəkmiş şəxsin və eləcə də iş üzrə toplanmış materiallarla təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXMin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: imza Mirələm Quliyev əsli ilə düzdür, Hakim:
Məhkəmə qərarları › İş №3(026)-216/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-216/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver