Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-218/2023 01.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon icra və probasiya şöbəsindən Qobustan rayon Təklə kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 01 avqust 2023-cü il tarixli MN ******* saylı protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Qobustan rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 01 avqust 2023-cü il tarixli MN ******* saylı protokol natamam tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gətirilmədiyindən, inzibati xəta haqqında materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 01 avqust 2023-cü il tarixli MN ******* saylı protokol və əlavə olunmuş sənədlər Qobustan rayon icra və probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 266, 267 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 01 avqust 2023-cü il tarixli MN ******* saylı protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-218/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-218/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver