Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-219/2020 24.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 00100-2266/20 saylı inzibati xəta haqqında protokolda Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində **********7441 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Gürcüstandan 99JC197/99ZC581 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx.xx.2020-ci il tarixdə saat 05:41-də X2 Gömrük İdarəsinin “Qırmızı körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmiş və bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələblərini pozduğu göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta törədən hüquqi şəxs Şəxs MMC-nin bu əməli iş üzrə toplanmış materiallarla təsdiq olunur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli **********7441 nömrəli gömrük bəyannaməsindən aydın olur ki, Şəxs MMC şirkəti tərəfindən çirkab sularının (kanalizasiya suların) axıdılması üçün plastmast borularla yüklü olan 99JC197/99ZC581 nömrəli nəqliyyat vasitəsi ölkəyə daxil edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 00100-2266/20 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn 99JC197/99ZC581 qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Qırmızı Körpü” Gömrük postunu xx xxxxxxxx 2020-ci il tarixdə keçmişdir. Müəyyən olundu ki, Şəxs MMC-nin ünvanına gələn 99JC197/99ZC581nişanlı nəqliyyat vasitəsi xx xxxxxxxx 2020-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olarkən həmin nəqliyyat vasitələri üçün qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs MMC-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1500 manat cərimə tətbiq olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-219/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-219/2020
24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver