Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-219/2024 05.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN-nin Qobustan rayon polis şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qobustan rayon Məhkəməsinə daxil olmuşdur. Qobustan rayon polis şöbəsinin 05 iyul 2024-cü il tarixli MN ******* saylı protokolunda Şəxs 15 iyun 2024-cü il tarixdə Qobustan rayonu ərazisində YPX-in əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onları söyüb təhqir etdiyi göstərilsə də, İ. Gülümcanovun Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələri ilə nəzərdə tutulum inzibati xətanı törətdiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-də polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə İXM-in 535.1-ci maddəsinə əsasən inzibati xətanı protokol tərtib olunmalı olduğu halda Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən təqrtib olunmuş materialda İ. Gülümcanovun İXM-in 535-ci maddəsi ilə inzibati xətanı tərmətməsi bildirilmişdir. Bundan başqa inzibati materiala əlavə edilmiş rapotdan da görünür ki, Şəxs polis şöbəsində izahat verməkdən və barəsində tərtib olunmuş aktı imza etməkdən imtina etmişdir. Lakin bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda hüquq və vəzifələrin izah edilməsi göstərilməmişdir. Qobustan rayon polis şöbəsi tərəfindən Şəxs barəsində 05 iyul 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon polis şöbəsi tərəfindən 05 iyul 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 134.1.4 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsi tərəfindən 05 iyul 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-219/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-219/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver