Məhkəmə qərarları › İş №3(026)-22/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-22/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-22/2022 26.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 və onun vəkili və nümayəndəsi X3 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Şamaxı rayonunun Bədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Bədəlli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 26 yanvar 2022-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(026)-156/2020 saylı icra sənədinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X11 bildirdi ki, Qobustan rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(026)-156/2020 saylı icra sənədinə əsasən 10 mart 2012-ci il tarixdə anadan olmuş X9 atası Şəxs oğlundan alınıb anası X4 verilməsinə dair icra vərəqəsi üzrə icra tədbirlərinə başlanılmış, lakin Şəxs icra sənədini könüllü icra etmir. Aqşinə psixi təsir göstərir və onu anası X4 verməkdən boyun qaçırır. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 29 sentyabr 2020ci il tarixli 2(026)-156/2020 saylı icra sənədinə əsasən 10 mart 2012-ci il tarixdə anadan olmuş X9 ondan alınıb anası X4 verilməsinə dair icra məmurlarının çağırışına həmişə vaxtında gəlmiş və övladı Aqşini də anasına verilməsi üçün özü ilə gətirmişdir. Lakin Aqşin onunla qalmaq istədiyini bildirərək anası ilə getmək istəməmişdir. Aqşinə heç bir təzyiq göstərməmiş və heç bir təsir etməmişdir. Hazırda Aqşin xəstə olduğu üçün onu icra məmurunun çağırışına gətirməmişdir. Əgər Aqşin özü istəyərsə anasına verməyə heç bir etirazı yoxdur. İş üzrə zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, Bəhrəmov X10 rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(026)-156/2020 saylı icra sənədini icra etməyərək oğlu Aqşini ona vermək istəmir. Aqşinə psixoloji təsir göstərir. Aqşin onunla qalmaq istəsə də Etibardan qorxduğu üçün onunla getmir. Etibar Aqşini təhsildən yayındırır. Aqşin bacısı ilə telefonla danışarkən atasından qorxduğu üçün onların yanına gələ bilmir, əgər atasını polisə versələr onların yanına gələ bilər. X1 vəkili və nümayəndəsi X7 izahat verərək göstərdi ki, Bəhrəmov X10 rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(026)-156/2020 saylı icra sənədini icra etməkdən öz hərəkət və hərəkətsizliyi ilə qəsdən yayınır. Uşaq qorxu altındadır. Aqşinə psixi təsir altında olduğu üçün öz fikrini ifadə edə bilmir. Aqşin travma alıb. Etibar Aqşini təhsildən yayındırır. Ona görə də icra məmurunun təqdimatının təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X16 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı rayon X12 Hüquqi Şəxsin 18 yanvar 2022-ci il tarixdə verdiyi 66 saylı məktubunda göstərilir ki, yekun məlumat 15.01.2022-ci il tarixində verilmiş, bu vaxt hər iki tərəf ana Bəhrəmova Mirvari və ata Şəxs vaxtlı-vaxtında seansda olmuşlar. Seansın keçirilməsindən belə nəticəyə gəlinmişdir ki, Bəhrəmov Aqşin atası Şəxs təsiri altındadır, o öz fikrini tam ifadə edə bilmir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(026)-156/2020 saylı icra sənədindən görünür ki, 10 mart 2012-ci il tarixdə anadan olmuş X9 atası Şəxs alınıb anası X4 verilməsi qət edilmiş, Sumqayıt Apelyasiya məhkəməsi və Ali Məhkəmə tərəfindən Qobustan rayon məhkəməsinin qətnaməsi dəyişdirmədən saxlamışdır. Qobustan rayon məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 3(026)-225/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar