Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-22/2023 09.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədirliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1976-cı ildə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 327.2, 327.3, 329.1 və 333.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 yanvar 2023-cü il tarixdə idarə etdiyi VAZ-2105 minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşını yolun əks hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozduğuna görə ona saxla işarəsi verilsə də, o polis əməkdaşının saxla əmrinə tabe olmamışdır. Şəxs avtomaşını təhlükəsizlik kəmərindən istifadə etmədən sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 07 yanvar 2023-cü il tarixdə tanışı X1 məxsus VAZ-2105 minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəhətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və həmin zaman içkili olmuşdur. Bir daha belə hallara yol verməyəcək. İşdə olan “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 07 yanvar 2023-cü il tarixli 053 saylı aktından görünür ki, Şəxs 07 yanvar 2023-cü il tarixdə yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2, 327.3, 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Azərbaycan Respublikası İXM-in oğlu Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin görülməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-22/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-22/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver