Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-22/2024 30.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Qobustan rayon prokurorunun köməkçisi X10 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon prokurorluğundan Qobustan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 30 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. Qobustan rayon prokurorluğundan daxil olmuş 30 yanvar 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs 01 noyabr 2023-cü il tarixdə saat 22:53 radələrində çağırış ilə Qobustan şəhərində yaşadığı evə gələn “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Təcili və X8 Şöbəsinin həkimi X3 və tibb bacısı X7 ilə arasında avtomobildən gec düşmələrinə görə yaşadığı evin darvazasının qarşısında mübahisə baş vermiş, mübahisə zamanı Kəmalə Hüseynovanın sol qolundan tutaraq avtomobildən düşürüb qəsdən fiziki ağrı yetirməklə, ona sol əlin birinci baş barmağının dırnaq nahiyəsinin qançırından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, Sevinc Məmmədovanın isə sağ qolundan tutaraq avtomobildən düşürərək qəsdən fiziki ağrı yetirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatda bildirdi ki, Əlbaba Əsədov atasıdır. X15 uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. 01 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində atasının vəziyyəti pisləşmişdir. Dərhal 103 təcili tibbi yardım xidmətinə zəng etmiş və onlara atasının vəziyyətinin pis olduğunu bildirmişdir. Təcili tibbi yardımın işçiləri isə 20 dəqiqədən sonra onların qapısına gəlmişlər. 103 təcili tibbi yardım xidmətinin əməkdaşları yaşadıqları evin qapısına gəlsələr də, təcili tibbi yardım avtomobilindən düşməmişlər. Yaşadıqları evdən çıxaraq təcili tibbi yardım avtomobilinə yaxınlaşmış, həmin həkimlərin avtomobildən çıxmadığını gördükdə onların qolundan tutaraq aşağı düşmələrini xahiş etmişdir. Həkimlərin hər ikisi də qadın olmuşdur. Təcili tibbi yardım avtomobilinin yanına tək getmişdir. Həmin vaxt atasının vəziyyəti pis olduğu üçün həyəcanlı olmuşdur. Avtomobildən iki həkim düşmüş və yaşadığı evə gəlmişdir. Onlar atasının vəziyyətinin pis olduğunu görüb atasına sakitləşdirici iynə vurmuşlar. Lakin atasının vəziyyəti yaxşılaşmamışdır. Buna görə də, atası Əlibaba Əsədovu təcili tibbi yardım avtomobili ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onlar da öz idarə etdikləri avtomobillə Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Atası orada müalicə olunduqdan sonra sakitləşmiş və yaşadıqları evə qayıtmışlar. Etdiyi əməldən peşmandır. Qobustan rayon prokurorunun köməkçisi X11 izahat verərək göstərdi ki, Qobustan RMX PHŞ-nin TTYŞ-də həkimi X1 rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, 01 noyabr 2023-cü il tarixdə saat 22:44-də Qobustan şəhər sakini X6 epilepsiya xəstəliyi ilə bağlı Şəxs 103 təcili tibbi yardım xidmətinə çağırış vermişdir. Tibb bacısı Sevinc Məmmədova ilə birlikdə təcili tibbi yardım avtomobili ilə saat 22:47-də Qobustan RMX-dan çıxış etmişlər. Saat 22:53-də Əlbaba Əsədovun yaşadığı Qobustan şəhəri, Heydər Əliyev prospektində yerləşən evinə çatmışlar. Həkimlər oraya çatanda Əlibaba Əsədovun tanımadıqları iki qohumu dərhal onların gəldiyi təcili tibbi yardım avtomobilinin qarşısına gəlmişlər. Həmin şəxslərdən biri onunla birlikdə gələn tibb bacısı Sevinc Məmmədovanın sağ qolundan tutaraq yerə düşürmüş, daha sonra həmin şəxs onun sol qolundan tutaraq onu avtomobildən yerə düşürərək onlara fiziki ağrı verərək döymüşdür. Bu barədə iş materiallarında ekspertiza qərarı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Qobustan rayon prokurorluğunun 12 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizanın 04 noyabr 2023-cü il tarixli 145 nömrəli rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə tibbi ekspertizanın 04 noyabr 2023-cü il tarixli 146 nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarət sol əlin 1-ci (baş) barmağının dırnaq nahiyyəsinin qançırı küt əşya təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. X2 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs oğlu barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-22/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-22/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver